BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
58553

Son 10 ildə Bakıda torpaqların qiyməti dəfələrlə artıb. Bunun səbəbi ilk növbədə torpağa olan tələbatla bağlıdır.

Valyuta.az xəbər verir ki, bunu açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib.

O qeyd edib ki, həm yaşayış evlərinin, həm çoxmənzilli yaşayış binalarının tikintisinə olan tələbat qiymət artımına səbəb olur:

"Paytaxt Bakıda demək olar ki, torpaq tapmaq mümkün deyil. Hətta vəziyyət o dərəcədədir ki, iri torpaq sahələrinin bir sotunun qiyməti xırda torpaq sahələrinin bir sotunun qiymətindən daha çoxdur. Buna təsir göstərən amillərdən əsası Şəhərsalma və Arxitektura Komitəsinin tələbləri ilə bağlıdır. Belə ki, komitənin çoxmənzilli binaların tikintisi ilə əlaqədar torpaq sahələrinə qoyduğu tələbat artıb. Bu artım vəziyyəti daha da şiddətləndirdi".

Ekspert bildirib ki, bir bloklu binanın tikintisi üçün 0.6 hektar torpaq sahəsi tələb olunur:

“Yəni 60 sot torpaq sahəsində bir bloklu binanın tikintisinə icazə verilir. Bu böyüklükdə torpaq sahələrini də şəhərin mərkəzində demək olar tapmaq mümkün deyil. Yalnız köhnə evləri sökməklə, yaxud onları kompensasiya verərək yerləşdirməklə bu addım atıla bilər ki, bu da çox baha başa gəlir. Bu səbəbdən paytaxtda bəzi yerlərdə torpağın qiyməti 700 min, 800 min hətta bir milyona qədər çıxa bilər. Nərimanov rayonunda bəzi yerlərdə torpağın bir sotunun qiyməti 500 min manatadək arta bilir”.

R.Qasımzadənin sözlərinə görə, ən baha torpaq sahələri Nərimanov, Nəsimi, Səbail rayonlarında yerləşir: “Bir qədər kənarda olan Sabunçu, Suraxanı, Nizami, Xətai rayonlarında da torpaqlar fərqlənir. Məsələn Xətai rayonunda torpağın bir sotu 30 min manatdan başlayaraq 250 min manata qədər dəyişə bilir. Nizami rayonunda da həmçinin qiymətlər 25 min manatdan başlayaraq 350 min manata qədər dəyişə bilir. Ən bahalı torpaq sahələri çıxarışı olan, xüsusi mülkiyyətdə olan torpaq sahələridir”.

Müsahibimiz sonda vurğulayıb ki, sahibkarlıq və sənaye-nəqliyyat təyinatlı olan torpaq sahələri daha qiymətə satılır:

“Sahibkarlıq və sənaye-nəqliyyat təyinatlı torpaq sahələrindən sonra yaşayış təyinatlı torpaq sahələri gəlir. Respublikada ən ucuz torpaq sahələri isə kənd təsərrüfatı təyinatlı torpaq sahələridir. Onların bir sotu 50 manatdan başlayaraq 400-450 manata qədər arta bilir. Məlum olduğu kimi, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin yaxud kənd təsərrüfatı xaricində digər tikililərin tikintisinə icazə verilmir”.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tramp "BRİCS" ölkələrini 100%-lik rüsumlarla hədələdi

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi açıqlanıb

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfə azalıb

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? (VİDEO)

60 min material, 4500-dən artıq telereportaj... - Azərbaycan mediası COP29-da

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin