Avtomobilin üzərinə ağac aşarsa, sığorta şirkəti ziyanı qarşılamalıdır?
Sosial şəbəkədə vətəndaşlardan biri avtomobilinin üstünə ağac aşdığını və avtomobilinin zədələndiyini qeyd edib. Sığorta şirkəti ilə əlaqə saxlayan zaman onlar bu hadisədən irəli gələn ziyanı qarşılamayacağını deyiblər. Sığorta şirkətləri bu kimi hallarda ziyanı qarşılamalıdır?
Valyuta.az-a danışan sığorta eksperti Kamran Babayev deyir ki, bu, sığorta növlərindən asılı olaraq dəyişir: “Avtomobilin yalnız icbari sığortası varsa, sığorta şirkətinin bu kimi hallarda dəyən ziyanı ödəmək məcburiyyəti yoxdur. Əgər söhbət kasko sığortadan gedirsə, standart olaraq belə hadisələr təminata daxildir. Kasko sığorta olan zaman bu kimi hallarda dəyən ziyan sığorta şirkətləri tərəfindən qarşılanır. Bu zaman vətəndaş ilk olaraq Mərkəzi Banka şikayət etməlidir. Mərkəzi Bank belə şikayətlərlə baxır”.
Avtomobilin üzərinə ağac aşarsa, bu zaman zərərin dövlət tərəfindən qarşılanması ilə bağlı fikirlər də var. Kamran Babayev bildirdi ki, bu yanaşma doğru deyil: “Yalnız fövqəladə hallar olarsa, bu, müvafiq qanunvericiliklə tənzimlənir və müvafiq qurumlar tərəfindən dəyərləndirilir, zərərin qarşılanması barəsində qərar qurumlar tərəfindən verilir”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay