Əlilliyi olan şəxslərə kredit verilmir? - AÇIQLAMA
Son vaxtlar Bakıda əlilliyi olan şəxslərə kredit verilmədiyinə dair iddialar yayılıb.
Milli.Az bildirir ki, bu mövzuda vətəndaşların şikayətləri sosial şəbəkələrdə öz əksini tapıb.
Vətəndaşların sözlərinə görə banklar əlilliyi olan şəxslərə kredit verməkdən imtina edirlər.
Bəs, görəsən bu məsələ hüquqi baxımdan necədir? Hansı halda vətəndaşa kredit verilə bilər, hansı halda verilə bilməz?
Məsələ ilə bağlı hüquqşünas Hikmət Əliyev Milli.Az-a açıqlamasında bildirib ki, əlilliyi olan vətəndaşlarımıza kreditin verilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur:
"Bankın sırf bir şəxsin əlil olması səbəbilə kredit verməkdən imtina etməsi yolverilməzdir, lakin banklar istənilən şəxslə münasibətdə öz risklərini nəzərə alaraq kreditin verilməsindən imtina edə bilərlər. Bu məsələ tamamilə bankların risk əsasında qiymətləndirdiyi daxili qaydalara əsaslanır".
Bəs, bu qaydalara nələr daxildir? Banklar hansı halda vətəndaşa kredit verməkdən imtina edə bilərlər?
Hikmət Əliyev qeyd edib ki, banklar bu hallarda kredit verməkdən imtina edə bilər:
"Bankların risk amilini hesablamaq üçün xüsusi üsulları var. Burada borcun gəlirə olan nisbəti , kreditin təminatının kreditə olan nisbəti, vətəndaşın digər ödənişləri, hər biri nəzərə alınır. Bu məsələlər qiymətləndirilir. Bu kriteriyaların əsas məqsədi şəxslərin krediti qaytara bilmə imkanlarını müəyyən edilə bilməsidir. Beləliklə bankların şəxsə sırf əlil olması səbəbiylə kredit verməkdən imtina etməsi ayrı seçkilik hesab edilir və heç bir qanunda öz əksini tapmır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay