İşçiyə “Yaxşı uşaqdır” demək yerinə...
“İşçilərin performanslarını izləməmək, işçilərin performasını rəqəmlərlə yoxlamamaq səhv yanaşmadır. Tabeçiliyinizdə olan bir işçini inkişaf etdirərkən “Bu yaxşı uşaqdır”, “Bu uşaq söz eşidir” kimi subyektiv və ölçülməsi mümkün olmayan dəyərlərdən istifadə etmək yerinə ölçüləbilən dəyərlərdən istifadə etmək lazımdır”
Bunu Valyuta.az-a açıqlamasında idarəetmə üzrə türkiyəli təlimçi Ahmet Kandemir bildirib. O, deyir ki, hər bir işçinin izlənilə və ölçülə bilən hədəfləri olmalıdır:
“Hər bir işçiyə bu hədəfləri, onlardan nə gözlənildiyi aydın şəkildə izah olunmalı, hətta yazılı formatda bu, onlara təqdim olunmalıdır. İşçilərin hədəflərini reallaşdırma proseslərində müəyyən aralıqlarla performans görüşləri keçirilərək onlara işlərini necə görməsi haqqında rəy verilməlidir. Bəzən bir işçinin planı olur. Məsələn, 10 min manatlıq mal satmalıdır. Bir işçi bu planı yerinə yetirir. Digəri isə 5 min manatlıq mal sata bilir. Bu, o demək deyil ki, 10 min manatlıq mal satan digərindən daha yaxşı çalışır. Bəlkə 5 min mal satan 30 müştəriyə əziyyətlə, 10 min mal satan isə 2-3 müştəriyə asanlıqla mal satıb. İlk nəzərdən 10 min insana daha yaxşı görsənir. Ancaq 5 min manat əmək, zəhmət, performans, müştəri sayı cəhətdən daha dəyərli, şirkətə daha faydalıdır.
İşçilərin performansı düzgün ölçülmədiyində, şirkətdə vəzifə irəliləyişi də kənar görüntü, vizual yanaşma ilə qərar verirlər. Yəni vəzifəyə yaxşı performansı olan şəxs gətirilmir və nəticədə problem yaranır. Qiymətləndirilməyən işçi də şirkəti tərk edə bilir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay