“London” taksilərinə 300 min manat ayrıldı - Buna ehtiyac var idi?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yeni “TX London Taxsis” markalı taksi minik avtomobilləri üçün GPS avadanlıqlarının satınalınması üçün 309 min manat ayırıb.
Azərbaycana gətirilən bu taksilərin qiyməti açıqlanmasa da, mətbuatda olan məlumata görə, bu model avtomobillərin qiyməti 54 690 funt-sterlinq (110 000 manat) ilə 60 695 funt-sterlinq (122 000 manat) arasında dəyişir.
Bundan əlavə, 2011-ci ildə Azərbaycana gətirilən "London" taksiləri Lökbatan qəsəbəsindəki qarajda toplanılır. Bu avtomobillərin tamamilə yararsız hala düşməsilə bağlı fotolar sosial mediada yayılıb.
Bəs yeni “TX London Taxsis” markalı taksi minik avtomobilləri üçün bu qədər vəsaitin ayrılmasına ehtiyac varmı?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Valyuta.az-a bildirdi ki, yeni gətirilən “London” taksiləri fərqlidir: “2011-ci ildə gətirilən “London” taksiləri yanacaqla çalışırdı və onların artıq istismar müddəti bitib. Bugünkü qanunvericiliyə görə, köhnə “London” taksiləri taksi fəaliyyətində istismar oluna bilməz. Yeni “London” taksiləri isə elektrik mühərriki ilə çalışır, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələridir. Bakı şəhərində bu ekoloji taksilərin olması müsbət haldır və olmalıdır. Yeni gətirilən “London” taksilər dövlətin balansındadır və bu məbləğin ayrılması normal haldır. Yeni qanunvericilik bu məbləğin sərf olunmasını tələb edir. Məsələyə obyektiv yanaşan zaman görünür ki, bu avadanlıqların taksilərdə olması qanunvericiliyin tələbidir. Buna görə də bu məbləğin london taksilərinə ayrılması təbii haldır”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay