BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
57530

Yeni işə başlayan şəxslərin bir çoxunda utanma, yeni iş yerinə uyğunlaşa bilməmə, nə isə soruşmaqdan çəkinmə və s. kimi hallar görülür. Həmin işçilər adətən işə gec adaptasiya olurlar. Həmin şəxslər komandaya qoşulmayla bağlı problemlər yaşayır.

Bəs həmin işçilər nə etməlidirlər ki, komandaya daha tez qoşula bilsinlər? Rəhbərlər həmin işçini daha tez kollektivə qatmaq üçün hansı işləri görməlidir?

Valyuta.az-a danışan Beynəlxalq Əmək Təşkilatının rəsmi təlimçisi, insan resursları mütəxəssisi Saleh Həsənov deyir ki, yeni işə başlayan şəxsin adaptasiyası ilə bağlı ikitərəfli yanaşmaq lazımdır:

“Əvvəlcə, bu məsələyə işçi tərəfdən baxaq lazımdır ki, o, digər işçilərlə hansı formada münasibət qurmağa çalışacaq. Və ya utancaqlıq dediyimiz anlayışdan necə çıxacaq. İş yoldaşları ilə daha çox qarşılıqlı əlaqədə olmalıdırlar. Komanda ilə hansı prosesdə qarşılıqlı olaraq işləyəcəklərini müəyyənləşdirməlidirlər. Həm də digər əməkdaşlarla ayrıca münasibət qurmaq lazımdır. Utancaqlıq məsələsini aradan qaldırmağın digər üsullarından biri də prosedurlara riayət edilməsidir. Yəni, yeni gələn əməkdaş prosedurları, işin axış diaqramını izləmiş olsa, görəcək ki, növbəti mərhələlərdə əməkdaşlardan utanmağa ehtiyac yoxdur. Həmçinin işçi yeni işə daxil olduqda öz şöbəsinin rəhbəri ilə ilkin münasibətləri düzgün qurmalıdır. Bu, münasibətləri də peşəkar qaydada yaratmaq lazımdır”.

Mütəxəssis bildirdi ki, bununla bağlı şirkətin öhdəliklərinə düşən məqamlar da var:

“Şirkət ilk qaydada adaptasiya planları tərtib etməlidir. Yeni gələn işçiyə mentor təyin olunmalıdır. Və həmin mentordan bütün mövzuların cavablandırılması tələb olunmalıdır. Bu məsələ qarşılıqlı şəkildə davam etdikdə, işçinin komandaya qoşulması tezləşəcək. Təbii ki, bu birdən-birə baş verməyəcək və işçinin utancaqlığını sıfıra endirməyəcək. Amma hazırda dünyada da bu prosesin vasitəsilə yeni başlayan işçilərdə olan bu problemin qarşısını almağa çalışırlar. 

Çünki işçi istər-istəməz yeni işə başladığı şirkətdə yalnız utancaqlıqdan əziyyət çəkmir, həm də işlərin hansının necə görülməsini bilmir. Hər şirkətin öz ənənəsi olur. Yeni işçi də bu ənənələri bilmədiyi üçün işə gec adaptasiya ola bilir. Bu da, həm komanda effektivliyini, həm də işlərin gedişatına zərərli sayıla bilər. Burada vacibdir ki, mentor düzgün təyin olunsun, əməkdaşların vəzifə təminatları və iş axışı prosesi düzgün izah olunsun. İşçilər də bu prosedurlara əməl etməklə bunun öhdəsindən gələ bilərlər”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tramp "BRİCS" ölkələrini 100%-lik rüsumlarla hədələdi

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi açıqlanıb

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfə azalıb

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? (VİDEO)

60 min material, 4500-dən artıq telereportaj... - Azərbaycan mediası COP29-da

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin