BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
57330

Taksilərlə bağlı təkmilləşdirmə işləri davam edir. Taksilərin ən çox üzləşdiyi problemlərdən biri də sərnişinlərin avtomobilə minib-düşməsi ilə bağlıdır. Bəzi hallarda sərnişinlər taksinin elə yerlərdə dayanmasını tələb edir ki, orada ya saxlamaq qadağandır, ya da avtobus zolağı var. Artıq taksilərlə bağlı müəyyən duracaqlar yaradılması düşünülür.

Belə ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi duracaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb. Bu barədə agentliyin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur. Onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır. Buna görə də AYNA məsələyə kompleks yanaşma tətbiq edir.

Nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Yeni cəlbetmə məntəqələrinin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur.

Sakinlərin də müraciətləri nəzərə alınaraq artıq paytaxtın Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq, həmçinin minib-düşmə yerlərinin (drop off) təşkil edilməsi ilə bağlı təhlillər aparılıb və layihə hazırlanıb. Layihəyə əsasən, Tbilisi prospektində taksilərin dayana biləcəyi altı məntəqə müəyyən edilib. Tezliklə işlərin icrasına başlanılacaq.

“Digər maşınların dayanmasına icazə yoxdur”

AYNA-dan sorğumuza cavab olaraq bildirildi ki, yaradılan dayanacaqlar və minib-düşmə məntəqələri yalnız taksilər üçün nəzərdə tutulub: “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq və minib-düşmə yerləri təşkil edib. Sentyabrın 30-dan etibarən burada beş duracaq və bir minib-düşmə yeri fəaliyyət göstərir. Duracaqlarda taksi olmayan avtomobillərin dayanması inzibati məsuliyyət yaradır və İnzibati Xətalar Məcəlləsinə əsasən digər nəqliyyat vasitələrinin sürücüləri qayda pozuntusuna görə 40 manat məbləğində cərimələnəcək. Qeyd edək ki, minib-düşmə yerində də yalnız taksilər üçün icazə var, digər maşınların orada dayanmasına icazə yoxdur”.

“Sərnişini düşürmək üçün yer tapa bilmirdilər”

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, taksi dayanacaqlarının yaradılması həm sürücülər, həm də sərnişinlər üçün olduqca əlverişlidir: “Avtobus dayanacağı olduğu kimi, taksilərin də müştəri götürməsi üçün dayanacaqları olmalıdır. Həmçinin müştəri olmadıqda orada dayansalar, insanlar da taksiləri daha rahat şəkildə taparlar. Əvvəllər Bakıda taksi dayanacaqları olub. İndi də var, amma sayları çox azdır. Taksi dayanacaqlarının insanların çox olduğu ərazilərdə, ali məktəblərin, alış-veriş mərkəzlərinin, həmçinin nəqliyyatın kəsişməsi adlandırdığımız yerlərdə olması vacibdir”.

Y.Mustafayevin fikrincə, taksilərin bu sahədə yaşadığı problemlər az da olsa həllini tapacaq: “Çünki avtobus zolaqlarının çəkilməsi ilə taksi sürücülərinin işi bir az da çətinləşmişdi. Sərnişini düşürmək və mindirmək üçün yer tapa bilmirdilər. O baxımdan bu, təqdirəlayiq addımdır. Ola bilər ki, bəzi yerlərdə bu dayanacaqlar kiçik olacaq, ehtiyacı ödəməyəcək. Çünki Bakıda küçələr və prospektlər əvvəlcədən müəyyən olunub. Onları dəyişmək və ya düzəltmək mümkün deyil”.

“Qanunvericilikdə bu tələb mövcuddur”

Nəqliyyat eksperti Eldəniz Cəfərov da dayanacaqlardan əlavə, minib-düşmə yerlərinin də səmərəli olacağını düşünür: “Taksi dayanacaqlarının yenidən qurulması və yenilərinin yaradılmasında əsas məqsəd həm taksi sürücülərinin, həm də sərnişinlərin işini asanlaşdırmaqdır. Burada daimi taksi dayanacaqları ilə yanaşı “drop off” da yaradılır. Dayanmaq üçün imkan olmayan yerlərdə avtomobili ani saxlayıb sərnişin endirmək və mindirmək mümkündür. Bu, bir çox Avropa ölkələrində də mövcuddur”.

E.Cəfərovun sözlərinə görə, dayanacaqların yaradılması təqdirəlayiq olsa da, əsas məsələ orada dayanacaq taksilərin müəyyən edilməsidir: “Taksidə istifadə olunan maşınların üzərinə sarı taksi fənərləri qoyulmur. Bu isə taksi sürücülərinin müəyyənləşdırılməsində çətinlik yaradır. Taksi sürücüləri özləri səhlənkarlıq edirlər. Halbuki qanunvericilikdə bu tələb mövcuddur. Əgər taksi sürücüləri maşınlarının damına taksi fənərini yerləşdirməsə, Dövlət Yol Polisi onları müəyyən edə bilməyəcək. Dayanacaqlarda saxlamaq üçün bu məsələyə ciddi yanaşmalıdırlar. Düzdür, artıq rəsmi qeydiyyatdan keçmiş taksi avtomobillərinin nömrələri Dövlət Yol Polisinin bazasına ötürülür. Polis əməkdaşları portala yazaraq görə biləcəklər ki, həmin sürücü taksi sahibidir, yoxsa, adi sürücü. Həmçinin, sürücünün taksi fəaliyyəti ilə məşğul olmağa icazəsi varmı? Amma yenə də yaxşı olar ki, sarı taksi fənərləri maşınların üzərinə qoyulsun”.

Kaspi.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tramp "BRİCS" ölkələrini 100%-lik rüsumlarla hədələdi

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi açıqlanıb

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfə azalıb

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? (VİDEO)

60 min material, 4500-dən artıq telereportaj... - Azərbaycan mediası COP29-da

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin