Gözümüzün qarşısında hazırlanan soyuq sıxım yağları nə qədər təhlükəlidir?
Əgər düzgün qida təhlükəsizlik, gigiyenik qaydalara riayət olunmaqla soyuq sıxım yağ əldə olunursa, bu, faydalı yağ hesab olunur”.
Bu sözləri Valyuta.az-a qida məsələləri üzrə ekspert Ağa Salamov elə gözümüzün qarşısında süzülüb, hazırlanan yağlar haqqında danışarkən deyib.
Ekspertin sözlərinə görə, rafinə olunmuş yağlar rəngini dəyişmək, qoxusunu aradan götürmək, müəyyən çöküntülərdən arındırılmaq üçün və s. məqsədlə emal prosesindən keçir:
“Bu zaman isə müxtəlif kimyəvi qatqılardan istifadə olunduğu üçün faydalı yağ turşuları həmin yağların tərkibindən çıxır ki, bunun da insan orqanizması üçün heç bir faydası olmur. Ancaq belə yağların zərəri də yoxdur. Belə yağlar müəyyən tempratura çatıb trans yağa çevrilməyənə qədər zərərli deyil. Soyuq press, ya rafinə olunmuş, ya da rafinə olunmamış yağların tempraturunu 200 dərəcədən çox edərkən tərkibi dəyişilərək, hidrogen bağları yerini dəyişdiyinə görə trans yağa çevrilir”.
“Bu yağlardan hansı daha faydalıdır” sualına cavab olaraq qida mütəxəssisi bildirib ki, soyuq sıxım yağlar emal zamanı yüksək temperaturda itirilən təbii antioksidantlar, karotenoidlər, fitosterollar kimi bəzi maddələrin itkisinə məruz qalmadıqları üçün qida dəyəri baxımından çox yüksəkdirlər:
“Soyuq sıxım zeytun yağları ən faydalı yağlar hesab olunur. Bundan başqa qarğıdalı, günəbaxan yağları da soyuq sıxım əldə olunursa, hansısa bir tempratura məruz qalmırsa, onların da faydası var. Nəzərə alsaq ki, bu yağlar rafinə edilmir, onların dadında bir az acılıq hiss oluna, spesifik qoxusunu itirməyə bilər və s.
Çünki bu yağlar emaldan keçmədiyi üçün müəyyən dad və qoxusunu özündə saxlamış olur. Bu yağları isə hazırlayarkən düzgün emal prosesini bilən insanlar hazırlasa, daha yaxşı olar.
Rafinə yağlar isə emal prosesini keçəndən sonra tərkiblərində müəyyən komponentlər məhv olur, bu zaman isə insan orqanizminə nə faydası, nə də ziyanı olmur. Yağları istifadə edərkən yandırmamaq şərti ilə, yüksək tempratura məruz qoymamaq şərti ilə istifadə etmək lazımdır”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay