Əmanətlərimizi necə risksiz yerləşdirə bilərik?
"Vətəndaşlarımız əmanətlərini yerləşdirən zaman bir sıra məqamlara diqqət etməlidirlər".
Valyuta.az xəbər verir ki, bunu News24.az-a açıqlamasında, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Ekspert bildirib ki, birinci diqqət edilməli məqam əmanətlərin sığortalanan yerləşdirilməsidir:
"Yəni, əmanətləri sığortalanan paket çərçivəsində yerləşdirilməsinə ehtiyac var. Bu halda, əgər bank müflis olarsa, əmanət tam olaraq vətəndaşın özünə qaytarılır. Söhbət məbləği 100 min manatadək olan və manatla 12 %, xarici valyutalarda 2,5 %-lə yerləşdirilən vəsaitlərdən gedir. Ona görə də vətəndaşımız daha məqsədə uyğundur ki, 100 min manatadək və qeyd olunan faizlər çərçivəsində vəsaitini banklara yerləşdirsin. Hətta, əmanətin məbləği böyükdürsə, onu bir neçə əmanət formasında ayrı-ayrı banklarda yerləşdirə bilər. Bu halda əmanəti tam sığortalana bilər. Məsələn, vətəndaşın 300 min manatı varsa, 3 ayrı bankda 100 min manatlıq əmanət yerləşdirməklə vəsaitinin tam sığortalanmasına nail ola bilər. Və yaxud 300 min manat eyni bankda həmin şəxsin ailə üzvlərinin arasında 100 min manat olmaqla bölüşdürülüb yerləşdirilərsə qoruna bilər".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay