Azərbaycanda inflyasiya yenidən iki rəqəmli ola bilər? (ŞƏRH)
Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsiri 1,5 faiz bəndi gözlənilir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər.
Bildirilib ki, inflyasiya proqnozunun artırılma istiqamətində dəyişdirilməsi əsasən, manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və eləcə də qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır.
Bu açıqlamanın fonunda inflyasiyanın yenidən iki rəqəmlilərə qədər artacağı düşünülə bilərmi?
Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, 2024-cü ildə inflyasiya iki rəqəmə qədər artmayacaq:
"2025-2026-cı illərdə də inflyasiya Mərkəzi Bankın hədəf diapazonunda olacaq. Təbii ki, bu, manatın indiki məzənnəsinin sabit dollara fiksə edilmiş rejimində davam etməsi nəticəsində olacaq".
Xalid Kərimli qeyd edib ki, Azərbaycanda inflyasiya təkcə ölkə ilə bağlı deyil:
"Ölkədə inflyasiya həm də idxalla əlaqədardır. İndiki bilgilər çərçivəsində nəqliyyatda gediş haqqının artması, yanacağın qiymətinin artması iki rəqəmli inflyasiyaya səbəb olmayacaq. Mərkəzi Bank bu rəqəmləri hesablayaraq açıqlayır. Ancaq dünya dəyişsə, manat da məzənnəsini dəyişə bilər. Bu halda isə yeni vəziyyət yaranacaq. İndiki çərçivədə inflyasiya 3,5- 4 faiz arası olacaq".
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay