CV-də yanlış məlumat yazanda müsahibədə üzə çıxır?
Bəzi şəxslər CV-də yanlış məlumat yazmaqdan çəkinmirlər. Onlar öz bilik, bacarıqlarını daha yüksək səviyyədə qeyd edirlər. Məsələn, xarici dil biliyi orta olan şəxs xarici dil biliyini “əla” kimi yazır. Və ya özündə olmayan “stresə davamlı”, “komanda ilə işləmək bacarığı” kimi şəxsi keyfiyyətləri CV-də bildirirlər.
Həmin şəxslərin bu kimi şişirdilmiş məlumatlar qeyd etməsi işə qəbulda üzə çıxırmı? Qeyd olunan yanlış məlumatlar işə qəbul prosesində deyil, iş prosesində üzə çıxarsa, burada problem yaranırmı?
Valyuta.az-a danışan HR Hunter şirkətinin təsisçisi, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə deyir ki, əksər insanlar CV-də məlumatlarını yanlış yazırlar və bunun heç vaxt üzə çıxmayacağını düşünürlər: “Amma bu, tam əks nəticə verir. Deyək ki, namizəd “Excel”i yüksək səviyyədə bildiyin qeyd edib. İşə qəbul zamanı ona “Excel”dən sual verirlər və ya yerindəcə real tezis verirlər. Ya da ingilis dilində yüksək səviyyədə bildiyini yazan şəxs ilə müsahibə aparan zaman danışıq dilini dəyişərək ingiliscə danışa bilirlər. Bu da, həmin şəxslərin yalanlarının üzə çıxmasına səbəb olur”.
Konsultant bildirdi ki, namizəd işə başlayan zaman sınaq müddətində olur və bu müddətdə bir çox nüanslar aydınlaşır:
“Bu müddət ərzində komanda ilə işləmək bacarığı, stresə davamlı olması qeyd etdiyi kimi olmasa, onun işdən çıxarılmasına səbəb ola bilər. Buna görə də CV-də dolğun, ətraflı və dəqiq məlumatları qeyd etmək lazımdır. Yalan məlumatlar əvvəl-axır üzə çıxır. Peşəkar insan resursları mütəxəssisləri bunu müsahibə mərhələsində üzə çıxarırlar”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay