Kəskin istilər gəlir – Günvurmadan necə qorunaq?
Milli Hidrometeorologiya Xidməti iyul ayı üçün havanın orta aylıq tempraturunu açıqlayıb. Verilən məlumata görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə yüksək olacağı gözlənilir.
Azərbaycanın bəzi bölgələrində isə havanın tempraturu 38-43 dərəcə arası dəyişəcək.
Havanın tempraturunun artması insan sağlamlığına necə təsir edir? Bu havalarda hansı xəstəliklərdən qorunmaq lazımdır?
Valyuta.az-ın suallarını cavablandıran professor Adil Qeybulla bildirib ki, bu havalarda insanlar ilk olaraq günvurmadan qorunmalıdır.
Adil Qeybullanın sözlərinə görə, havanın tempraturunun çoxalması insan orqanizmdə bir çox fəsad törədə bilər:
“Ultrabənövşəyi şüaların düz düşməsi, günəş vurma, bədəndən həddən artıq su buxarlanması və bədən tempraturunun yüksəlməsi nəticəsində isti vurma, bədənin istilik tənzimləməsi mexanizmlərinin pozulması baş verə bilər. Bu da insan sağlığına ciddi mənfi təsir göstərə bilir.
Hətta deyərdim ki, Səudiyyə Ərəbistanında haca gedən şəxslərin kütləvi şəkildə ölümü buna bir daha sübut oldu”.
Həmsöhbətimiz əlavə edib ki, ümumiyyətlə iqlim dəyişikliklərinin nəticələri bütün canlı orqanizmlərdə, o cümlədən insanlarda özünü göstərir:
“Mövsümünə xarakter olmayan tempratur, hava, yağışlar, küləklər iqlim dəyişikliyinin əlamətidir.
Xüsusi ilə ayrı-ayrı regionlarda əvvəllər olmayan iqlim prosesləri çox təəccüb doğurur. Bütün bu proseslərin bir elmi əsası var. Dəyişilən iqlim şəraitinə canlıların adaptasiyası, onların inkişafı, dinamikası üçün çox böyük təhlükə yaranır.
Hazırda əksər bölgələrdə yaranan anomal istilər insanlar və canlı təbiət üçün böyük sınaqdır. Bu havalarda susuzluq, quraqlıq yaranır, bu isə ölüm hallarının artmasına səbəb olur. Quraqlıq heyvan və bitki aləminə daha çox təsir edir. Bu prosesdə insanların qorunmaq kimi şansları olsa da, ancaq heyvan və bitki aləmi daha tez məhv olur. Bütün dünya yavaş-yavaş bu problemin qarşısının alınması yollarını düşünməlidir. Baş verəcək problemlərin qarşısının aradan qaldırılması ilə bağlı tədbirlər görülməlidir, xəstəliklərdən müdafiə yollarından istifadə etməliyik”.
İsti havalardan qorunmağın yolları haqqında da danışan Adil Qeybulla bildirib ki, insanlar yaxşı olar ki, belə isti havalarda evdən çıxanda, uzaq səfərə gedəndə özləri ilə su götürsünlər:
“Çünki bu havalarda bədəndən həddən artıq su buxarlanması su eloktralit mübadiləsini poza bilir. Xüsusi ilə uşaqlara diqqət etmək lazımdır. Onların orqanizmlərinin su tutumları az olduğuna görə sussuzluq müxtəlif problemlərə yol aça bilər. Bundan başqa günəşə çıxarkən baş örtüyündən istifadə etmək olar. Xüsusi ilə ağ rəngli geyimdən, papaqlardan istifadə məqsədə uyğundur. Bundan əlavə hava buraxan, rahat geyimlərə üstünlük vermək lazımdır. Ancaq ən yaxşı odur ki, işləməyən, evdən çıxmaq məcburiyyəti olmayan insanlar havanın tempraturunun daha çox olduğu vaxtlarda evdə, sərin yerdə olsunlar”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay