BAKU Azərbaycan
30.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.817
  • 1 Rusiya rublu
    0.0199
  • 1 Türkiyə lirəsi
    0.0515
  • 1 İngiltərə funt sterlinqi
    2.1461
50691

İyulun 1-dən etibarən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar isə kifayət qədər ciddidir. Ona görə də bu vaxtadək fəaliyyət göstərən 45-50 min taksi sürücüsünün heç də hamısı yeni tələbləri qarşılaya bilməyəcək.

Belə vəziyyətdə, iyulun 1-dən sonra nə baş verəcək?

Suala iqtisadçı ekspert Fuad İbrahimov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, yeni qaydaların tətbiqinə bir neçə gün qalsa da, cəmi 7 min sürücü icazə vərəqəsi alıb:

"Bu da onu göstərir ki, icazə vərəqəsi alan sürücülərin sayı tələbatdan dəfələrlə aşağıdır. Burada məsələyə iki cür- statistik və praktik yanaşma var. Bizim mental xüsusiyyətimiz belədir ki, bütün məsələləri müddət bitməsinə bir neçə gün qalmış və hətta sonuncu gün həll edirik. Fikrimin təsdiqi üçün avtomobillərin texniki baxış və sığorta məsələsini xatırlatmaq istəyirəm. Çoxluq əsasən sonuncu gün hərəkətə keçir. Ona görə də iyunun son günlərində icazə vərəqəsi almaq istəyənlər daha çox olacaqlar.

İkinci yanaşma ondan ibarətdir ki, yeni tələblərə cavab verəcək avtomobillərin ortaya çıxarılmasıdır. Məlumdur ki, hazırda ölkənin avtomobil parkındakı maşınların ən azı 70 faizi 10 il və daha çox istismar olunan avtomobillərdir.

Ona görə də hesab etmirəm ki, bu gün Bakıda və ölkədə yeni tələblərə cavab verən onminlərlə avtomobil olsun. İndiki reallıqdan çıxış edib deyə bilərik ki, gələn həftə güclü taksi qıtlığı və kəskin qiymət artımı ilə rastlaşa bilərik. Çünki tələb təklifi üstələyəndə qiymət artımı qaçılmaz olur. Ona görə də biz iyulun 1-dən sonra fərqli mənzərənin şahidi ola bilərik".

Fuad İbrahimov onu da əlavə edib ki, qiymət artımı yeni avtomobil sahiblərinin bu sahəyə marağını artıracaq:

"Bundan əlavə qiymət artımı ictimai marağı çoxaldacaq. Bununla belə heç kəs deyə bilməz ki, "Prius"lar iyulun birindən yoxa çıxacaqlar. Ola bilsin ki, həmin avtomobillər qanunsuz yolla fəaliyyətlərini davam etdirməyə çalışacaqlar. Bundan başqa bir çox ölkələrdə qanunsuz onlayn taksi xidmətləri var. Ehtimal ki, bu varianta da əl atılacaq. Yəni qısa zamanda bu qədər taksini bu və digər səbəbə görə dövriyyədən çıxarmaq asan olmayacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Vatsapda daha bir yenilik

Lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə vergitutma məsələləri necə tənzimlənir?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

Goranboyda bu il 4,4 ton barama istehsalı gözlənilir

“Togg” Türkiyənin ən böyük şirkətlərindən birinə çevrildi –RƏQƏMLƏR

Boşanmadan sonra qızıl-ziynət əşyaları kimdə qalmalıdır?

Bu məhsulun xaricə satışından əldə olunan gəlir 8 milyon dollardan çox azalıb – Rəqəmlər

Azərbaycan qaz sayğaclarını hansı ölkədən və neçəyə alır? - Siyahı

Azərbaycanda ilk dəfə Elektrik Avtomobillərin Festivalı keçirilir

Ötən il 700-dən çox tələbə təhsil müəssisələrindən xaric edilib

Hansı işçilərə sınaq müddəti təyin edilə bilməz?

Ölkədə polad tökmə istehsalı 40 faizədək artıb

Bu ölkədə “iPhone” satışı qadağan oluna bilər

İlk geyim və iynə harada icad edilib?

Bakıda əmək haqqı 40 manat artıb - Rəsmi

Bəzi şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq

“WhatsApp” 45 telefonda fəaliyyətini dayandıracaq – SİYAHI

PSJ ona 250 milyon avro təklif etdi

Azərbaycanda bu kənddən sakinlərin təxliyəsinə başlanıldı

Brüssel Misirə ilk milyardı ayırdı: 40 milyardlıq investisiya sazişləri imzalandı

Genefondumuzu təhdid edən təhlükə

Bakının mərkəzindəki eskalatorların bəxti nə vaxt açılacaq? (VİDEO)

Qanun pozuntusu, yoxsa müştəriyə dəstək?

Abşeronda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

Üç qızı ilə yüksək nəticə göstərən müəllim: "İşi itirmək qorxusu vardı"

"Şirinliy"ə görə etiraz edən həkim işdən çıxarıldı (VİDEO)

Sabah 32 dərəcə isti olacaq

Azərbaycanın İsraillə ticarət dövriyyəsində 300 milyon dollara yaxın azalma

Çimərliklərdə daha çox harada boğulma olur? (VİDEO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin