BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8981
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2757
50592

Amin Fətəliyev
Vergi məsləhətçisi

Bildiyiniz kimi vergi sahəsində Əlavə Dəyər Vergisi (ƏDV) qeydiyyatı xüsusi yer tutur. 

Sahibkarların (istər fərdi, istər şirkət olaraq) həssas yanaşdıqları məsələlərdən biri də ƏDV qeydiyyatına durmaq barədə şərtlərin formalaşmasıdır.

Əsas şərt hamıya məlum olduğu kimi 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların 200 min manatı keçməsidir. Yəni sahibkarlıq subyektinin (şirkətin) ƏDV cəlb olunacaq əməliyyatları ardıcıl 12 ayda, yaxud 1 müqavilə üzrə əməliyyatın dəyəri 200 manatı keçsə, şirkət ƏDV ödəyicisi olmalıdır.

Bu limit, yəni 200 min manat limiti 2015-ci ildən qüvvədədir. Daha öncə 120 min manat olan bu limit 2015-ci ildə 200 min manata qaldırılmışdı. Keçdiyimiz bu 9 il ərzində ölkədə minimum əmək haqqı ilə yanaşı, bütün sahələrdə qiymət artımları baş verib. Hər bir qiymət artımı sahibkarlıq subyektinə və vergi sahəsinə birbaşa təsir edir. Şirkət bir məhsulu 10 manata satıb 2 manat vergi verirdisə, qiymət artımı nəticəsində 15 manata satır, 3 manat vergi ödəyir.

Mənfəəti artdıqca vergi öhdəliyi də artır, bu normaldır. Lakin burda diqqət ediləsi məqam ƏDV qeydiyyatıdır. 5 il əvvəl sahibkar ƏDV qeydiyyatı üçün əsas götürülən 200 min manat limitini rahatlıqla keçmirdisə, hazırda 12 aya çatmadan 200 min manatı keçir. Bu limiti keçdiyinə görə ƏDV ödəyicisi olmaq məcburiyyətində qalır. Bu da sahibkarlığın inkişafına çətinlik törədən amilə çevrilir. Vergi Məcəlləsinin 3.10 maddəsində bildirildiyi kimi vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir.

Qanunvericilikdə nəzərdə tutulan vergi güzəştlərinin, azadolmaların sahibkarlığın inkişafına şərait yaratdığı kimi, ƏDV qeydiyyatında da limitə dəyişiklik, yaxud bu barədə hər hansı tədbirin görülməsi sahibkarlıq mühiti üçün yaxşı şərait yaratmış olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Əlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri

Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər?

Kanadada professor adını alan ilk azərbaycanlını uğura aparan cümlə

Külli miqdarda pul mənimsədiyinə görə saxlanılan Hüseyn məşhur tiktokerin qardaşı imiş

Turistlər Azərbaycanda ən çox nəyə pul xərcləyir?

Keyfiyyətsiz qızıl məhsulları bazara kütləvi yol açıb - 5 manat ucuza qaçmayın

Saathesabı dərs yükü aparan şəxslərin hüquqları

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edildi (VİDEO)

Ali Məclisin ilk iclasının vaxtı açıqlandı

Zaur Mikayılovun səlahiyyətləri artırıldı

Torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşdi

Deputat: "COP29 iqlim fəaliyyəti üçün yeni maliyyə mexanizmləri formalaşdırır"

Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - Yeni təyinat

Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - Yeni təyinat

Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılacaq (SƏRƏNCAM)

Wi-Fi sürətini və gücünü artırmaq: Ən effektiv 10 üsul

İlham Əliyev: "Çinin qabaqcıl təcrübəyə malik şirkətləri ilə daha sıx əməkdaşlıq etmək əzmindəyik"

İşə müraciət etmək üçün ən yaxşı gün hansıdır?

Tozlu hava şəraiti nə qədər davam edəcək?

Sabah hava yağmursuz keçəcək

Dövlət Xidmətində idarə rəisi təyin edildi

Milli Məclis yeni heyəti iclasa çağırdı - Deputatlara vəsiqə veriləcək

Azərbaycan neftinin qiyməti 74 dollara düşdü

Xəbəri olmadan adına kredit götürülüb (VİDEO)

Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var

Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var

Bu məhsulların xaricdən alışı satışını 155 milyon dollar üstələyir - Rəqəmlər

Cənubi Afrika Putinin əmtəə bazarları ilə bağlı təşəbbüsünü dəstəklədi

"Google" keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi

Rusiya neft və qaz hasilatını nəzərəçarpacaq dərəcədə azaldacaq

Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi məhkəməyə verilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin