BAKU Azərbaycan
27.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.817
  • 1 Rusiya rublu
    0.0199
  • 1 Türkiyə lirəsi
    0.0515
  • 1 İngiltərə funt sterlinqi
    2.1461
50565

Bir çox işçilər iş yerini seçən zaman maaşa, iş ortamına, iş yoldaşlarına, iş yükünə və s. diqqət yetirirlər. Onları aldıqları maaşla yanaşı, iş prosesi də maraqlandırır. Yeni işə başlayan işçinin bunlar ilə maraqlanması normal haldır. Bəzən yeni başlayan işçilərin də şirkət qarşısında müəyyən tələbləri olur. İşə yeni başlayan işçilər əsasən hansı tələbləri irəli sürürlər? 

Bu barədə Valyuta.az-a danışan Beynəlxalq Əmək Təşkilatının rəsmi təlimçisi, insan resursları mütəxəssisi Saleh Həsənov deyir ki, yeni işə başlayan şəxsləri uzunmüddətli karyerası olanlar və yeni karyeraya başlayan şəxslər olaraq bölmək olar:

“Daha uzun müddət karyerasını qurmuş, peşəkar mütəxəssislər yeni işə başlayanda həmin şirkəti araşdırırlar və həmin şirkət haqqında məlumatlı olurlar. Digər əməkdaşlardan, şirkətdən və ya netvorkinq vasitəsilə şirkət haqqında məlumat alırlar və bir çox məsələlərdə əmin olurlar. Həmin şirkətin neqativ şərtlərini də nəzərə alaraq konkret şərtlər irəli sürürlər. Davamlılıq, həmin şirkətlərdə olan motivasiya imtiyazları da onların nəzərində olur. Daha peşəkar namizədlər sığorta, nəqliyyat təminatı, istirahət imkanları və s. kimi istəkləri olur”. 

Mütəxəssisin sözlərinə görə, yeni işə başlayanlar xüsusilə də, gənclərin diqqət etdiyi məqamlar var:

“Yeni işə başlayan gənclər daha çox əmin olmağa çalışırlar ki, bu iş yerində uzun müddət çalışmaq imkanı varmı? Onlar həm də yeniliklər baxımından güvən istəyirlər. Bunlarla yanaşı, hər kəsin istədiyi əməkhaqqının vaxtında verilməsidir. Kollektivi və şirkətin brendinq məsələsini vacib sayırlar. İnsanlar istəyirlər ki, brendinqi daha yaxşı olan şirkətlərdə işləsinlər. Çünki bu, onların karyerasının ayrılmaz hissəsi olacaq. Ondan tələb olunacaq işin daha konkret olaraq bildirilməsini istəyirlər. Əvvəllər vəzifə təlimatına xüsusi diqqət verilmirdisə, indi əməkdaşlar mütləq şəkildə vəzifə təlimatlarına, vəzifə təlimatlarının nələri əhatə etməsinə və s. baxırlar. Bu da çox yaxşı haldır”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Araş" Firması icra tələbini yerinə yetirməyib?

"Eurohome" 64 minlik vergi borcuna görə məhkəməyə müraciət etdi

"Apple" rəsmi olaraq "Vision Pro"nu ABŞ-dan kənarda satmağa başladı

“Aqrovest” auditdən yayınıb?

Naxçıvan Ali Məclisi buraxıldı

"True Tone" funksiyası orijinal olmayan "iPhone" ekranlarında işləyəcək

Kəskin istilər gəlir – Günvurmadan necə qorunaq?

Ölkədə şəkərli qənnadı məlumatların istehsalı 40 faizdən çox azalıb

Bakının iki rayonunda işıq olmayacaq

Aİ Rusiya aktivlərinə qarşı sanksiyalara qoşulan namizəd ölkələrin sayını açıqladı

Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib

Azərbaycanın qaz istehsalı artıb

Leysan, dolu, sel...- Xəbərdarlıq

Müddət bitir – Qeydiyyatdan keçmək üçün vaxt uzadılacaq?

Müddət bitir – Qeydiyyatdan keçmək üçün vaxt uzadılacaq?

"Xalq Sığorta"nın yığımları üzrə itkiləri 1 milyon manatı ötüb

Cəbrayılda ilin sonunadək 33 binadan ibarət kompleks istismara veriləcək

Kapital Bank-ın manat istiqrazlarının 2-ci tranşının yerləşdirilməsi yekunlaşdı®

Şirkətə 7 milyon manatdan çox vergi borcu yazılıb - Məhkəməyə müraciət etdi

Ukrayna qaz və istilik tariflərini artırmağı planlaşdırır

Sahibkarlar KOB evlərinə gəlmədən onlayn növbə götürə bilərlər

Milli Məclis buraxıldı, növbədənkənar seçkinin vaxtı təyin edildi - RƏSMİ

Milli Məclis buraxıldı, növbədənkənar seçkinin vaxtı təyin edildi - RƏSMİ

Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə ŞAD XƏBƏR

Onları 13 min manatadək cərimə gözləyir

Sahibkarlar Meksikada keçiriləcək sərgilərə dəvət olunur

Bu yollar 30 iyuna qədər bağlı olacaq

Bir qrup şəxs üçün parklanma ödənişsiz olacaq

Bir qrup şəxs üçün parklanma ödənişsiz olacaq

İyulda 40-43 dərəcə isti olacaq - AYLIQ PROQNOZ

Gələn ay havalar daha isti olacaq - PROQNOZ

AYNA-dan yeni cərimələr barədə AÇIQLAMA

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin