BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8896
  • 1 Rusiya rublu
    0.0193
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2403
49809

Azərbaycan Qida Təhlükəsizliyi Agentiliyi (AQTA) 250 dönər satışı obyektində monitorinq keçirib, 249-da nöqsan aşkarlanıb. Demək olar ki, monitorinq keçirilən obyektlərin hamısında nöqsanlar aşkarlanıb. Bu rəqəmlər həddindən artıq çoxdur. Dönər satılan yerlərin çoxunda bu qədər nöqsanların olması nə ilə bağlıdır?

Valyuta.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə AQTA-nın apardığı bu yoxlama zəruri olsa da, yetəri qədər deyil:

“Ona görə ki, bu obyektlər indiyə kimi nə qədər insanı zəhərləyiblər, müxtəlif xəstəliklərə tutdurublar. Bəs bu insanların hüquqları necə olsun? Və ya bu yaxınlarda Zaqatalada 40 nəfərin zəhərlənməsi ilə bağlı AQTA-nın son məlumatı ilə biz qətiyyən razı olmadıq. Çünki onların məlumatına görə, 40 nəfərin hamısı bir dönərxanadan zəhərlənib. Amma bizə məlumatlar verildi ki, həmin insanlar müxtəlif obyektlərdən yedikləri dönərdən zəhərləniblər. Buradan belə çıxır ki, dönərxanadan yox, onlara verilən xammaldan danışmaq lazımdır.

Burada da maraqlar konflikti var. Məsələn, toyuq ətini dönərxanalara göndərən müəssisəni AQTA reysterə daxil edibsə, yoxlayan zaman xammalda problem çıxarsa, qurum bunu təkzib edə bilmir. Yəni, sertifikat verən orqan ilə insanların sağlamlığının keşiyində duran orqan ayrı-ayrı olmalıdır. Eyni orqan həmin xammala icazələr verirsə və sonra oradan zəhərlənmələr olursa, bu zaman həmin müəssisə yoxlanışın AQTA tərəfindən verildiyini deyə bilər”.

E.Hüseynov deyir ki, AQTA əlində çox şeyi cəmləşdirib, “ipi boşaltmaq” lazımdır:

“Müstəqil qurumlar, laboratoriyalar, müstəqil sertifikat verən orqanlar ortaya çıxmalıdır. Belə bir şəraitdə dönərxanalar da insanları zəhərləyən bir amilə çevrilib. AQTA-da ictimai şuranın üzvü olduğum iki il ərzində AQTA-nı bu məsələlərə sövq edə bilmədim. Onlarla bu mövzularda daima aramızda mübahisələr olurdu. Bundan başqa, AQTA Kütləvi İnformasiya Vasitələri ilə işləməlidir. KİV-lərdə dərc olunan məlumatlar təqib olunmalıdır. Demək olar ki, bunlar hamısı yox dərəcəsindədir. AQTA-nın bu işləri görməsi zəruridir”.

Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məshəti Hüseynova deyir ki, son zamanlar dönərdən zəhərlənmələrin sayının çox olması belə monitorinqlərin həyata keçirilməsinin əsas səbəblərindən biridir. Amma monitorinqlərin keçirilməsi sevindirici hal olsa da, nəticə ürəkaçan deyil: 

“Monitorinqlərin nəticələri 99 faiz dönərxanaların insanlara bu zamana kimi keyfiyyətsiz qidaların satışının həyata keçirildiyini göstərir. Təbii ki, zəhərlənmə təhlükəli haldır. İmmun sistemi zəif, xroniki xəstəlikləri olan insanlarda, yaşlılarda, uşaqlarda özünü təhlükəli nəticələrlə göstərir. Onların içərisində xəstəxanaya qədər gedib çıxanlar, hətta, həyatını itirənlər də olur.

İmmun sistemi güclü olan insanlar həmin dönərləri yeyirlərsə, onlara da bu dönələrdən mikroblar, bakteriyalar keçir. Həmin anda özünü göstərməsə də, sonra problemlər ortaya çıxır. Müəyyən zamandan sonra həzm sisteminin, maddələr mübarizəsinin pozulması, heyvan ətlərindən insana keçən salmonella, bruselyoz kimi virusların illərlə sakit şəkildə qalıb davam etməsinə səbəb olur. Hər hansı sağlıq problemi ortaya çıxan zaman analizlər nəticəsində ortaya çıxır ki, həmin viruslara yoluxub. Bu kimi halların baş verməməsi üçün bu monitorinqlərin keçirilməsi zəruridir”.

Qida mütəxəssisi bildirdi ki, dönər satılan obyektlərin hər gün təmizlənməsi, məhsulların sanitar gigiyena qaydalarına əməl olunması, məhsulların mal qonşuluğu prinsipinə uyğun şəkildə saxlanılması, temperatur rejiminə əməl olunması mütləq vacibdir:

“Çünki bəzən kiçik bir yerdə bütün proseslər həyata keçirilir. Qış aylarında dönərin bişdiyi isti yerdə ketçup və mayonezlərin açıq şəkildə saxlanılması, istifadə olunan tərəvəzlərin düzgün şəkildə yuyulmadan istifadə olunması yolverilməz nüanslardır. Bu kimi hallar çox olduğuna görə, qaydalara uyğun olmayan dönər satış obyektlərinin fəaliyyətinə icazə verilməməlidir”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yaponiyada heyrətamiz xidmət: Yaşlı insanlar icarəyə verilirlər

Hamı Bakının bu qəsəbəsindən torpaq alır - Səbəb

Cəlilabadda üzüm yığımı davam edir, məhsulun qiyməti iki dəfə ucuzlaşıb

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim DANIŞDI

Aliment ödəməkdən yayınmağa çalışanların əmlakı müsadirə oluna bilər (VİDEO)

Ailə başçısı: "Dörd qızı oxudanlar da cənnətlə mükafatlandırılırmı?"

"Attestatla qəbul" tələsinə düşənlər: Kimdir günahkar?

Dondurulmuş ətlərə möhtac qala bilərik

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

General-mayora Müdafiə Nazirliyində vəzifə verilib

General-mayora Müdafiə Nazirliyində vəzifə verilib

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldıldı

Hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək

Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)

Azərbaycanlı tələbə dünyanın ən yaxşı 7-ci universitetinə qəbul olundu

Paytaxtdakı bu yenilik sürücülərdə narazılıq yaratdı

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Maaş və pensiyaların artımı ilə bağlı qərarlar gözlənilir

Sabah hava yağmursuz keçəcək

Elektrik kabusları: Binalardakı yanğınlara görə məsuliyyət kimin üzərinə düşür?

Azərbaycan nefti ucuzlaşıb

Bu gün bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

Selena Qomes milyarder oldu

Böyük Qayıdış: Şuşa şəhərinə daha 91 nəfər yola salınıb

Regional Qaz İdarəsinə yeni rəis təyin olunub

Azərbaycanda uşaqlara görə nə qədər sosial müavinət verilir? (SİYAHI)

Kreml “Sibirin Gücü - 2” üzrə danışıqların gedişindən danışdı

ABŞ Rusiyadan gübrə alışını yenidən artırmağa başlayıb

Moldovadada “Zolotaya korona” pul köçürmə sisteminin fəaliyyəti dayandırıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin