Azərbaycanda niyə bir təkrarsığorta şirkəti var?
Sığorta şirkəti sığorta riskini öz üzərində saxlayarsa, şirkət iflasa səbəb ola biləcək zərərli hadisə ilə üzləşə bilər. Bu cür halların baş verməməsi, müştəriləri iddiaların vaxtında və keyfiyyətli tənzimlənməsi üçün sığortaçılar da, özləri üçün sığorta alırlar.
Bəs Azərbaycanda təkrarsığorta şirkətinin bir ədəd olmasının səbəbi nədir?
Valyuta.az-a danışan sığorta eksperti İlkin İbrahimov deyir ki, təkrarsığortanın vətəndaşlar üçün xidməti yoxdur. Bu, sığorta şirkətlərinin özlərini sığortalamasıdır: “Məsələn, bir sığorta şirkəti bir məhsul üzrə sığortalanmanı edib və 50 manatlıq sığorta məhsulu ilə 25 min manatlıq sığorta təminatı verib. Əgər, bir hadisə baş verərsə və bu hadisə yüzlərlə insanları əhatə edərsə, bu məbləğ çox böyük məbləğ olduğu üçün sığorta şirkəti öz risklərini başqa sığorta şirkətləri bölüşür. Buna görə də, təkrarsığorta şirkəti bu hadisənin bir hissəsini öz üzərinə götürür. Sığorta hadisəsi baş verən zaman bunun bir hissəsini də təkrarsığorta şirkətləri ödəyirlər, yəni, riski bölüşürlər”.
Ekspert bildirdi ki, bizim ölkəmiz üçün bir təkrarsığorta şirkəti olması bəs edir:
“Adətən, Azərbaycandakı sığorta şirkətləri də öz risklərini tək bizim ölkədəki təkrarsığortaya yox, digər ölkələrdəki beynəlxalaq təkrarsığorta şirkətlərinə həvalə edirlər. Məsələn, Aqrar Sığorta Fondu aqrar risklərini sığortalamaq üçün Avropadakı təkrarsığorta şirkətləri ilə işləyirlər”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay