Eyni vaxta 4-5 nəfəri növbəyə yazan həkimlər, kosmetoloqlar – Bu marketinq hiyləsidir?
Bəzi həkimlər, kosmetoloqlar eyni vaxta daha çox müştəri yazırlar. Məsələn, saat 10-da qəbul vaxtına 3-4 nəfəri qeyd edirlər. Bu da müştərilərin haqlı narazılığa səbəb olur. Müştərilərdə elə fikir formalaşır ki, həmin şəxslər vaxtının olmadığını, müştərisinin çox olduğunu bildirmək istəyirlər. Bunu daha çox müştəri kütləsi toplamaq üçün edildiyini düşünürlər. Bəs bəzi həkimlərin, kosmetoloqların və digər bənzər sahələrdə çalışan şəxslərin bu addımı nəyə yönəlib? Bu, bir marketinq hiyləsidir?
Valyuta.az-a danışan rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Rəqsanə Məmmədova deyir ki, növbə effekti həqiqətən satışları artırır. Küçədə gedəndə, hansısa mağazanın və ya kafenin qarşısında biz növbə görürüksə, həmin obyekt bizim diqqətimizi çəkir. Bundan sonra həmin obyektin potensial müştərilərinin 2 davranışı ola bilər: “Ya onlar da növbəyə dayanırlar, ya da obyektin adı yaddaşlarında qalır və gələcəkdə mütləq ora daxil olacaqlar. Buna marketinqdə sosial sübut deyirlər”.
R.Məmmədova bildirdi ki, həkimlər, kosmetoloqlar bunu marketinq addımı kimi etmirlər: “Çünki insan gəlib qəbula qədər çıxıbsa, deməli, artıq müştəridir. Qəbul otağında toplanan insanlar üçün "növbə effekti" yaratmağın mənası yoxdur. Sadəcə bizim qəbula yazılan hər 10 nəfərin, orta hesablar 4-5 nəfəri qəbula gəlmir. Bu səbəbdən həkimlər, kosmetoloqlar, diyetoloqlar özlərini sığortalayırlar”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay