BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
48647

Şirkətin böyüməsinə və ya kiçilməsinə görə şirkətlər ofislərini dəyişməli olurlar. Bu da bəzi hallarda işçilərdə narahatlıq yaradır. Yeni ofisin şəraiti əvvəlkindən yaxşı olmadıqda və ya ofis işçilərə uzaq məsafədə olduqda, xüsusilə narazı olurlar. Ümumilikdə isə, ofis dəyişəndə, işçilərin bir qisminin işləməyə bir müddət həvəsləri olmur. Yeni ofisə adaptasiya olmaları müəyyən qədər vaxt alır. Ofisin köçürülməsi işçinin performansına necə təsir edir?

Valyuta.az-a danışan HR Hunter şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə deyir ki, şirkət böyüyürsə, daha böyük ofisə keçilməsi və kiçilən zaman da xərcləri daha da azaltmaq baxımından daha kiçik ofisə keçilməsi normal haldır:

“Burada əsas fikir verilməli olan məsələ hər kəsin ofisə asanlıqla gələ bilməsini təmin etməkdir. Təbii ki, bu, əvvəlki ofisə daha yaxında yaşayan işçilər üçün problem olur. Amma burada ümumi işçilərin 80-85 faizinin razılığı olmalıdır. Çünki biz bütün işçiləri razı sala bilmərik. Əgər şirkət kiçikdirsə, bütün işçilər razı salmaq olar, lakin orta və böyük şirkətlərdə hər kəsi razı salmaq olmur. Buna görə də, burada əsas şirkətin xərclərinə, ofisin infrastrukturuna və seçilən ofisin ərazisinin uyğun olması əsas faktorlardandır. Ofislərin metro, avtobus xətlərinə yaxın olması da vacibdir. Amma bu da fərdi həll olunan məsələdir. Əlavə olaraq, əgər şirkət premium xidmət təşkil edirsə, mütləq şəhərin mərkəzində olmalıdır. Çünki mərkəzdən kənarda xidmət göstərən premium şirkətlərdən istifadə edən olmur”.

İ.Mirzəzadə deyir ki, işçilərin yeni ofisə keçid dövründə adaptasiya müddəti, adətən, bir ay vaxt alır: “İşçilər yeni ofisə vərdiş edəndən sonra köhnə ofis də tədricən unudurlur. İşçilərin performansına təsiri müsbət və mənfi ola bilər. Təbii ki, daha yaxşı şəraitli ofisə köçmək işçinin performansına müsbət təsir edir. İşçinin performasına o zamanda mənfi təsir edər ki, işçi onsuz da şirkətdən narazı idi və ofisin dəyişməsi də ciddi səbəb olmadı. İşçinin yol məsafəsini çoxalması da işçinin performansına mənfi təsirləri ola bilər. Amma şirkət işçiyə müsbət dəyərlər qatırsa, bu zaman çox da mənfi təsirlər olmur”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin