BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
46773

Sahibkarlar deyir ki, sığorta şirkətləri bəhanə gətirərək boyun qaçırır; sığorta şirkətləri isə sənədi olmayan obyektlərin sığortalanmasını qeyri-mümkün sayır 

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, “Diqlas”, “Sədərək”, “Binə” və Dərnəgüldəki “Taxta bazarı”nda yanğınlar zamanı sığorta sahəsindəki ciddi problemlər olduğu üzə çıxdı. 

Ekspertlərə görə, bunun əsas səbəbi bu tip ticarət mərkəzlərində yanğından mühafizə tədbirlərinin zəif həyata keçirilməsi, yanğın təhlükəsizliyi ilə bağlı tələblərə əməl olunmaması, elektrik naqillərinin çəkilməsində uyğunsuzluqlara yol verilməsidir. Bu kimi hallara görə sığorta şirkətləri həmin ticarət mərkəzlərindəki riskləri sığortalamaqda maraqlı olmur. Ona görə də məsələyə kompleks yanaşılmalıdır. Sahibkarlar ticarət mərkəzlərini keyfiyyətli materiallardan istifadə etməklə inşa etməli, yanğın təhlükəsizliyi qaydalarına əməl etməlidirlər ki, obyektlərinin sığortalanması ilə bağlı problem yaşanmasın.  

“Mall” tipli ticarət mərkəzlərinin sığortalanmasında sığorta şirkətləri maraqlıdır. Bu tipli obyektlər həm sığorta, həm də təkrarsığorta şirkətləri üçün çox cəlbedicidir. Çünki bu obyektlərdə yanğından mühafizə normativlərinə əməl edilir, sığorta hadisələri də çox nadir hallarda baş verir.

 

HƏMÇİNİN BAX:

"Bank VTB Azərbaycan"ın aktivləri 6 milyon manatdan çox azalıb

Əhali 33 milyon, şirkətlər 53 milyon depoziti “Access Bank”dan geri çəkib

Son üç ayda əhali ABB-dən 72 milyon manat depozitini geri çəkib

 

Qeyd edək ki, bir neçə gün öncə paytaxtın Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə güclü yanğın hadisəsi baş verdi. Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, 1000 kv.m sahəsi olan obyektin təqribən 500 kv.m hissəsi yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Obyektin qalan hissəsi, digər obyektlər, kommunikasiya xətləri, o cümlədən yüksək gərginlikli hava elektrik xətləri yanğından mühafizə olunub.

“Taxta bazarı”ndakı yanğında zərərçəkmiş “BS İnşaat” MMC-nin sahibi Bəhram Sadıqov “Yeni Müsavat”a dedi ki, ərazidə fəaliyyət göstərən obyektlərə xeyli ziyan dəyib: “Bizim obyektə təqribən 50-60 min manat ziyan dəydi. Qonşu obyekt yanıb, orada taxtaların müəyyən hissəsi yandığına görə tam dəyər hələ çıxarılmayıb. Dövlətdən kompensasiya üçün müraciət də etmişik, aidiyyəti qurumlardan bildirilib ki, istintaq işi aparılır, bunun nədən baş verdiyi məlum olandan sonra məlumat veriləcək. Amma hər hansı təzminat ödənməsinə, açığı, ümidim yoxdur”.

“BS İnşaat” MMC-nin sahibi əlavə edib ki, ərazidə heç bir obyektin sığortası olmayıb: “Yalnız "Taxta bazarı" tikinti materialları satılan yerdə yox, bazar sistemi olan hər yerdə, istər “8-ci kilometr bazarı” olsun, istər “Binə” ticarət mərkəzi olsun, bunların heç birində sığorta şirkətləri məhsulları sığorta etmirlər. Buna da onu əsas gətirirlər ki, burada risk sahəsi var. Müxtəlif bəhanələr gətirərək öz boyunlarından atırlar. Azərbaycanda digər ölkələrdən fərqli olaraq sığorta şirkətləri vətəndaşı yox, öz xeyirlərini güdürlər. Necə ki, avtoqəzalarda çalışırlar ki, vətəndaşa minimum pul verilsin, dəymiş ziyan ödənilməsin". 

İlkin İbrahimov: Karantin dövründən sonra sığorta şirkətlərində kadrlar  azaldıla bilər

Sığorta üzrə ekspert İlkin İbrahimov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, ölkəmizdə daşınmaz əmlakın icbari sığortası və daşınan əmlakın könüllü sığortası növləri mövcuddur: “Daşınmaz əmlakın icbari sığortası binaları, qurğuları sığortalamaq üçündür və məcburi xarakter daşıyır. Yəni sənədi olan hər kəs sığortalanmaya cəlb olunmalıdır. Lakin onun içərisindəki satış məqsədilə qoyulan materiallar daşınan əmlakın könüllü sığortasıdır. Bunu dövlət məcbur etmir, kim istəyirsə edir. Lakin bu məsələ ilə bağlı bir məqam var, sığorta şirkətləri sənədli yerləri sığortalamaqda maraqlıdır. Sənədi olmayan obyektlərin sığortalanması qeyri-mümkündür. Bu, gələcəkdə baş verən sığorta hadisəsinin hesablanması ilə bağlıdır. Vergi bəyannamələrinin olmaması, tutaq ki, VÖEN açırlar, orada dəqiq göstərmirlər ki, aylıq gəlirləri nə qədərdir, nə qədər material daxil oldu, burada nə qədər satış olub. Bu da risklə bağlıdır, qalıq dəyərlə bağlıdır. Dəqiq bilinməlidir ki, burada qalıq dəyəri nə qədərdir və sığorta nə qədər ödəniş verməlidir. Ona görə sahibkarlar ilk olaraq işlərini şəffaf tutmalıdırlar”.  

Ekspert əlavə edib ki, sahibkarlar mal gətirərkən onu bəyan etməlidirlər: "Vergi bəyannaməsi olmalıdır və ya VÖEN hesablarında nə qədər mal satacaqlarını bəyan etməlidirlər. Sığorta şirkətləri gömrük bəyannaməsi tələb edir. Çünki sığorta hadisəsi zamanı risklər malın dəyərinə uyğun hesablanır. Çox hallarda ticarət mərkəzlərində belə məsələlərə baxılmır. Hətta bir gün hadisə baş verdikdən sonra sahibkarların VÖEN-lərinə baxdıqda onların əməliyyatlarının ay ərzində 3-5 min olduğunu görürük, yaxud da sabah sığorta hadisəsi baş verdikdə nə qədər malınız var deyəndə 100, 200 min məbləğlərin olduğu ortaya çıxır. Ona görə də sahibkarlar gömrük bəyannamələrini şəffaflaşdırmalıdırlar ki, sığorta şirkətləri də ora maraq göstərsinlər. Sığorta hadisəsi zamanı da sığorta kompensasiyası versinlər. Digər tərəfdən, ticarət mərkəzlərində sənədsiz və ya Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi qaydalarına cavab verməyən obyektlər var. Sığorta şirkətləri belə ticarət obyektlərində sığortalanmanı həyata keçirməkdə maraqlı deyil. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı və ya içəridə olan malların könüllü sığortalanması ilə sığorta şirkətlərini dəvət edilməlidir. Şirkət gəlir, baxır ki, obyektdə yanğın təhlükəsizliyi qaydalarına əməl olunub, ya yox". 

Azərbaycan Sığortaçılar Assosiasiyasından isə mediaya bildirilib ki, yanan ticarət obyektlərinin əksəriyyətində mallar sığortalanmır: “Xüsusilə kiçik ticarət obyektlərində sığorta hallarına rast gəlinmir, belə obyektlərdə sığorta müqaviləsinin olması üçün sənədləri qaydasında olmalıdır. Burada söhbət həm daşınan, həm də daşınmaz əmlakdan gedir. Daşınmaz əmlakın kimə məxsus olduğunu təsdiqləyən hüquqi sənəd olmalıdır. Daşınan əmlakın sığortalanması üçün məhsulların qaimə sənədi olmalıdır. O sənəddə malların haradan hansı qiymətə alındığı göstərilməlidir. Sığortalanarkən bu sənəd sığorta şirkətinə təqdim olunmalıdır. Mağazada yanğın zamanı içəridə mallara ziyan dəydikdə sahibkar sığortaladığı dövrdə malların dəyəri ilə yanaşı, yanğın baş verməzdən öncə mağazada dəyəri nə qədər malın qaldığını təsdiqləyən sənədi sığorta şirkətinə təqdim etməlidir. Sahibkar yanğın zamanı sığorta ala bilmək üçün sənədləşmə işlərini leqal aparılmalıdır”.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycanda icbari sığortalar ilə bağlı qanun qəbul olunub. Bu qanuna görə, həm hüquqi şəxslər, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vətəndaşların mənzilləri, tikililəri, obyektləri sığortaya cəlb olunmalıdır. Qanunvericilikdə iri obyektlərlə bağlı 2 icbari sığorta növü tətbiq olunur. Birincisi, istismar qaydalarının pozulması ilə bağlı daşınmaz əmlakın icbari sığortasıdır. İkincisi isə daşınmaz əmlakın icbari sığortasıdır. İri obyekti icarəyə verən şəxs istismar qaydalarının pozulması ilə bağlı daşınmaz əmlakın icbari sığortasını həyata keçirməlidir. İri obyektlərin içərisində fəaliyyət göstərən fərdi sahibkarlar isə daşınmaz əmlakın icbari sığortasını həyata keçirməlidirlər. İnzibati Xətalar Məcəlləsinə görə, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat cərimə edilir. Şəxs icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin