Ekspert
29.02.2024 / 13:00
Sığorta müddəti bitən avtomobillər nə qədər vaxt sonra cərimə olunur?
43306
Əgər avtomobilimizi sığorta ediriksə və bir il müddətində sığorta vaxtı tamam olursa, vaxt tamam olduqdan sonra cərimə yazılır, yoxsa müəyyən müddət güzəştlər nəzərdə tutulur?
Bu barədə Valyuta.az-a danışan sığorta eksperti Kamran Babayev bildirib ki, əgər icbari sığortanın vaxtı bitirsə, ona əlavə hər hansı güzəşt müddəti verilmir:
“Avtomobilin sığortasından bir gün keçsə belə, radarlar onu sığortasız avtomobil kimi qeydə alır və cərimə tətbiq olunur. Amma icbari sığorta bürosundan müqavilənin vaxtının bitməsini əvvəlcədən xəbərdarlıq edirlər. Ona görə çalışmaq lazımdır ki, vaxtında sığorta edilsin".
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay