Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb (VİDEO)
Son zamanlar uşaqlar arasında müşahidə olunan xəstəliklərdən biri koksaki virusudur. Bu virusun əlamətləri qızılca və suçiçəyi ilə oxşar olduğundan müalicəsi səhv aparılır və ağır fəsadlara gətirib çıxarır.
Bu virus hava-damcı yolu və çirkli məhsullar vasitəsilə yayılır. Həmin infeksiyaya yoluxan uşaqlar karantində qalmalıdırlar.
Həkim-pediatr Aytən Əhmədova arb-yə bildirib ki, məlum virusa yoluxmuş uşaqlarda baş ağrısı, tempratur yüksəlməsi, ümumi halsızlıq və əzginlik müşahidə olunur:
"Belə olanda uşaqlar ancaq yatmaq istəyir. Daha sonra səpkilər müşahidə edilir. Həmin bu səpkilər ağızın içində və ətrafında, əl, ayaq və bədənin digər hissələrində olur. Bu virusa daha çox bağçada oxuyan uşaqlarda rast gəlinir".
Ətraflı videomaterialda izləyə bilərsiniz:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay