"BFB-dəki artım Mərkəzi Bankın düzgün siyasətinin nəticəsidir"
Bu ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 2 milyard 269,04 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,1 % çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 1,5 faiz azalaraq 929 olub.
Valyuta.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, Bakı Fond Birjasında maliyyə alətləri üzrə bağlanmış əqdlərin dəyər ifadəsində 54 faizə qədər artması Mərkəzi Bankın bu sahəyə verdiyi diqqətin nəticəsidir:
“Mərkəzi Bankın yeni rəhbərliyi ilk gündən ölkədə hədəf olaraq qiymətli kağızlar bazarında canlanmaya gedəcəyini qarşıya qoyduğunu elan edib. Bu canlanma çərçivəsində Bakı Fond Birjasının iştirakı ilə bir neçə qiymətli kağızların dövriyyəyə buraxılmasının şahidi olduq. Bəzi şirkətlər Mərkəzi Bankdan aldıqları lisenziya ilə öz qiymətli kağızları, divident gətirən kağızlarını və digər alətləri fond birjası vasitəsilə dövriyyəyə buraxmağa nail oldu. Nəticədə dövriyyədə kifayət qədər ciddi artım müşahidə olundu. Mərkəzi Bankın bu sahəyə verdiyi diqqət getdikcə daha çox qiymətli kağızlar bazarında canlanma yaratmağa xidmət edir”.
Mövcud vəziyyət həmsöhbətimizə görə, yetərli deyil:
“Çünki ölkəmizdə qiymətli kağızlar bazarı hələ çox az inkişaf edib. Dinamika aşağı səviyyədədir. Səhm bazarında normal bazar iqtisadiyyatı səviyyəsində dövriyyəni hələ ki, görmürük. Amma istiqamət doğrudur. İstənilən halda, qiymətli kağlzlar bazarı iqtisadiyyatın canlanması alətlərindən biridir”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay