Ölkəmizdə orqan köçürülməsinə maraq göstərilməməsinin səbəbi nədir?
Dünya ölkələrində ölmüş insanın sağlam orqanlarının başqa insanlara verilməsi tendensiyası geniş yayılıb. Amma Azərbaycanda nədənsə insanlar ölmüş yaxınlarının sağlam orqanlarının başqa insanlara köçürülməsinə elə də yaxşı baxmırlar. Bunun nəticəsidir ki, ölkəmizdə həmin proses geniş yayılmayıb.
Valyuta.az-a açıqlama verən tibb elmləri doktoru Adil Qeybullanın fikrincə, ölkəmizdə insanların orqan köçürülməsinə ciddi maraq göstərməməsi köhnəlmiş stereotiplərdən azad ola bilməmələrilə bağlıdır:
“Orqan ümumiyyətlə beyin ölümü keçirmiş praktiki sağlam şəxslərdən götürülə bilər. Donor haqqında qanun layihəsində orqan köçürülməsi üçün konkret şərtlər var. Proses həmin şərtlər daxilində aparılmalıdır. Digər tərəfdən, ölkəmizdə donor bankı olmalıdır.
Azərbaycanda əsas psixoloji məsələ odur ki, heç kim beyin ölümü keçirmiş insandan orqan götürməyə razı deyil. Heç ölənin yarılmasına da imkan vermirlər. Bu psixoloji durumun aradan qaldırılması üçün müəyyən inkişaf mərhələsini keçməliyik. İndiki halda insanlarımız psixoloji baxımdan buna hazır deyillər. Burada din amilinin rol oynadığını düşünmürəm. Əsas məsələ insanların hadisələrə yanaşması, təsəvvürlərinin yanlış olması, illərlə toplanan steoreotiplərdən azad ola bilməmələrilə bağlıdır”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay