Süd yağı əvəzedicisi ilə hazırlanan kəsmiklər zərərlidir?
Sosial şəbəkələrdə satışda olan kəsmik seçimləri ilə bağlı video yayılıb. Kəsmikləri tərkibində süd yağı əvəzedicisi olan və olmayan deyə iki qrupa bölürlər. Tərkibində süd yağı əvəzedicisi olan kəsmiklər məsləhətsiz kimi göstərilir. Maraqlıdır, süd yağı əvəzedicisi nədir? Onun sağlamlığa əks təsiri varmı? Niyə bəzi şirkətlər məhsullarında buna üstünlük verirlər?
Qida mühəndisi İsa Əliyev Valyuta.az-a açıqlamasında bildirib ki, süd yağı əvəzedicisi bitki tərkibli yağların müəyyən fraksiyalarının istifadəsi deməkdir: “Bitki tərkibli yağların fraksiyasalarından ibarət bir yağ hazırlanır bu yağ elə emal edilir ki, süd yağını əvəz edə bilir və ona süd yağı əvəzedicisi deyilir. Süd yağı əvəzedicisi həm yerli, həm də beynəlxalq standartlar çərçivəsindədir, insan sağlamlığı üçün hər hansı təhdidi yoxdur. Gündəlik həyatımızda bir çox məhsullardan bitki tərkibli yağları qəbul edirik. Qarğıdalı, zeytun yağı kimi yağlardan istifadə edirik ki, bunlar da hamısı bitki tərkibli yağlardır. Bu yağların fraksiyaslarından isə süd yağı əvəzedicisi əldə edilir”.
İ.Əliyev bildirdi ki, süd yağı əvəzedicisi daha ucuz başa gəlir deyə, bəzi şirkətlər istehsal zamanı buna üstünlük verirlər: “Buna görə də müxtəlif firmalar bəzən bahalı məhsul istehsal edir, bəzən də qiyməti ekonom seqmentə uyğun etmək üçün süd yağı əvəzedicisindən standart daxilində istifadə edir. Bu məhsulların istifadəsində heç bir problem yoxdur”.
Qida mühəndisi bəzi firmaların məhsulun hazırlanması prosesində qaymaqdan istifadə olunduğunu yazaraq insanları aldatmaqla qazanc əldə etmək istədiklərini vurğuladı: “Əsas problem ondan ibarətdir ki, bəzi brendlər tərkib hissəsində qaymaqdan hazırlandığını qeyd edir, halbuki onlar da süd yağı əvəzedicisindən istifadə edirlər. Çox vaxt bu hallara kiçik firmaların istehsal etdiyi məhsullarda rast gəlinir”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay