"Bakı Sığorta"da yığımların azalmasının səbəbi xidmət səviyyəsinin aşağı olmasıdır"
Mətbuatın yazdığına görə, "Bakı Sığorta” ASC 2023-cü ilin 11 ayında 4 milyon 644 min manat sığorta haqqı yığıb. Bu rəqəm 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 210 min manat, yaxud da 20,7 faiz azdır.
Belə ki, 2022-ci ilin 11 ayında "Bakı Sığorta” 5 milyon 854 min manat sığorta haqqı toplayıb.
Valyuta.az-a açıqlamasında sığorta eksperti İlkin İbrahimov bildirib ki, “Bakı Sığorta” ASC-də yığılan sığorta haqqının azalması həmin şirkətdə xidmət səviyyəsinin aşağı olmasından qaynaqlanır:
“Sığorta yığımları sığorta agentləri və şirkətlərin fəaliyyətlərilə bağlıdır. “Bakı Sığorta” ASC-nin keçən il 2022-ci ilə nisbətən 20 faizə qədər az sığorta haqqı yığması şirkətin yaxşı xidmət göstərməməsinin nəticəsidir. Ona görə də vətəndaşlar keçən il həmin sığorta şirkətinə o qədər də etibar etməyərək, başqa şirkətlərə üz tutublar. Yaranmış vəziyyət müştəri məmnuniyyəti və göstərilən xidmətin həmin şirkətdə aşağı olmasının nəticəsidir. Xidmət səviyyəsinin aşağı olması öz təsirini adətən sığorta yığımlarının azalmasında da göstərir”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay