Həkim yanlışlıqları: Bunun cəzası varmı? - VƏKİLDƏN AÇIQLAMA
Son zamanlar həkimlərin yanlış diaqnoz qoymaları ilə bağlı şikayətlər artıb. Bəzən diaqnozdan sonra uyğun olmayan dərmanların verilməsi və müalicələrin aparılmasına görə, yaxud yanlış əməliyyatların aparılması ilə əlaqədar xəstənin sağlamlığına zərər dəyir. Hətta ölüm halları belə baş verir.
Maraqlıdır, həmin həkimlər buna görə məsuliyyət daşıyırlarmı?
Valyuta.az.az xəbər verir ki, bununla bağlı fikirlərini bölüşən vəkil Vamiq Şükürov deyib ki, belə səhvlər nəticəsində xəstənin sağlamlığına ağır zərər dəyirsə və ya ölüm halları baş verirsə, həkimlər Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar:
“Cinayət Məcəlləsinin 124-cü maddəsində qeyd olunur ki, ehtiyatsızlıqdan adam öldürməyə görə, şəxs iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə faktı baş verərsə, bu zaman iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 131-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan sağlamlığa az ağır zərərvurma yeddi yüz manatdan min iki yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ağır zərər vurma is min iki yüz manatdan iki min dörd yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Vəkil həkimlərin hansı hallarda məsuliyyət daşımağını da açıqlayıb: “Həkim düzgün diaqnoz qoyub və lazımi tədbirləri görüb müalicə aparıbsa, əməliyyat zamanı vacib müdaxilələri vaxtında və düzgün şəkildə icra edibsə, bütün bunlara baxmayaraq xəstənin sağlamlığı pozulursa, ölüm baş verirsə, o hər hansı məsuliyyət daşımır”.
© Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay