Geyim məhsullarına pul xərclənməsi artıb: Səbəb nədir?
"Bunun iki səbəbi var. Birincisi, son bir ildə geyim məhsullarının qiymətinin, ikincisi isə şəffaflığın nisbətən artmasıdır"
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib. Ekspert geyim məhsullarının Azərbaycana əsasən Türkiyədən gətirildiyini qeyd edib:
"Türkiyədə infliyasiya həddindən artıq çoxdur. Hətta məhsulların nəinki lirə, gəmçinin dollarla da qiyməti artır. Azərbaycan manatı dollara nisbətən stabildir. Ona görə biz bu təsirləri hiss edirik".
Ekspert geyim məhsullarının idxalının artmasının “Trendyol”la əlaqəsinin olmadığını qeyd edib:
"Trendyol” imkan verir ki, camaat daha ucuz məhsul alsın. “Trendyol” əhalini daha çox məhsul almağa həvəsləndirir. İnsanların alış-veriş etməyə marağı artır. “Trendyol”da insanlar qeydiyyata düşür. Orda vergidən yayınma halları yoxdur”.
Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 384 milyon 675 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib. Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 119 milyon 289 min ABŞ dollar və ya 45% çoxdur.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay