Aldığımız məhsul 5 gün sonra kiflənib, geri qaytara bilərik?
“Mağazanın üzərinə düşən birinci öhdəlik məhsulun istehsal tarixi ilə istifadə müddətinə nəzarət etməklə onu vitirində sərgiləməkdir”.
Bunu Valyuta.az-a açıqlamasında marketoloq Pərviz Əzimov marketlərdə vaxtı keçən məhsulların əhaliyə satışından danışarkən deyib. Onun sözlərinə görə, istifadə müddəti bitən məhsullar vitirindən yığışdırılmalıdır:
“İkinci məsuliyyət mazağa həmin malların saxlanma şəraitinə uyğun qaydada onu sərgiləməlidir. Bu məhsul üçün temperatur məsələsi önəmlidirsə, onu elə sərgiləsin. Qapalı, qutulanmış məhsullar belə qaydalarla satılmalıdır. Amma açıq məhsullar üçün mağazanın bir başa daşıdığı məsuliyyət onların kiflənməsinə nəzarət etməkdir”.
Pərviz Əzimov qeyd edib ki, qapalı, qutulanmış məhsullarla bağlı məsuliyyət mağazadan əlavə istehsalçıların üzərinə düşür:
“Onlar həmin məhsulların istehsal tarixinə cavabdehdir. Digər bir tərəfdən Qida Təhlükəsziliyi Agentliyi də məhsulların mağazalarda satışına nəzarət etməlidi. Əgər məhsulun istifadə müddətinin bitməsi alıcı tərəfindən müəyyən olarsa onun malı 14 gün müddətində geri qaytarmaq kimi hüququ var. Məsələn, mən yağ almışam, 5 gündən sonra görürəm ki, kiflənib, onu geri qaytara bilərəm. Bu şərtlə ki, onun evdə saxlanma qaydasına nəzarət etsin və bununla bağlı sübutları olsun”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay