Marketdə almaq istədiyimiz məhsulun dadına baxa bilərik?
Alış-veriş edərkən aldığımız məhsulların nə dərəcədə yaxşı olduğunu bilmək üçün dadına baxmaq istəyirik. Çünki ona pul verilir və dadı bəyənilməsə, israf olunacaq. Elə marketlərə rast gəlirik ki, konfet, ağartı məhsulları, kolbasa və s. kimi məhsullarda seçim edərkən dadına baxmaq təklif olunur. Amma elə marketlər də var ki, dadına baxdığınız məhsul üçün sizi cərimələyə bilərlər. Məsələn, bu yaxınlarda sosial mediada paylaşılan bir status da buna rast gəldik. “Marketdən sadacə 1 ədəd quru ərik yeyib dadına baxdığıma görə mühafizəçi tərəfindən ofis otağında saxlanıldım. Polis çağıracağını bildirdilər, təklif etdim ki, 1 ədəd yemişəm, nədirsə pulunu ödəyək. Mühafizəçi 5 manatlıq quru ərik çəkdirib, pulunu mənə ödətdi və əriyi də mənə verməyərək məni belə cəzalandırdı”, deyə alıcı yazıb.
Bəs marketdə almaq istədiyimiz məhsulun dadına baxa bilərikmi? Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Valyuta.az-a bu barədə danışdı:
“Qanunda belə bir maddə yoxdur ki, istehlakçı almaq istədiyi məhsulun dadına baxa bilər. Market özü təşkil edərsə, olar. Məhsul açıq satılırsa, o da qanunvericilikdə yoxdur ki, dadına baxa bilərsiniz. Bu məsələ marketlər, biznes qurumları tərəfindən tənzimlənir. Yəni müəssisəyə görə, fərqli ola bilər. Hər marketin öz qaydaları var. Açıq satılan malların dadına baxmağa demək olar ki, hər bir marketdə icazə verilir. Amma icazə verilmirsə, bu yenə də müəssisənin öz işidir”.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay