Rusiya bərk buğdanın ixracına qadağa qoydu – Makaron məhsulları bahalaşacaq?
“Bu qadağanın tətbiq edilməsi tək Azərbaycanda deyil, həm də Rusiyadan buğda idxal edən digər ölkələrdə bərk buğdadan istehsal olunan məhsullarda müəyyən qiymət bahalaşmasına səbəb ola bilər”.
Bu sözləri Valyuta.az-a iqtisadçı, Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli Rusiyanın bərk buğdaya 6 ay müddətinə qoyduğu qadağanı şərh edərkən deyib.
Eyyub Kərimli qeyd edib ki, lakin Azərbaycanda bu qadağa qiymətlərə əhəmiyyətli təsir göstərməyəcək:
“Çünki Azərbaycan əsasən makaron məhsullarının idxalını digər ölkələrdən həyata keçirir. Bura Türkiyə, İran, Pakistan kimi ölkələr daxildir. Buna görə də düşünmürəm ki, bu qadağanın Azərbaycandakı qiymətlərə təsirləri olsun”.
İqtisadçı əlavə edib ki, lakin bu, süni şəkildə taxıl bazarında həm spilkuyativ meyllər, həm də ajiotaj yarada bilər:
“Bu da ümumi taxıl bazalrlarına müəyyən təsirlər göstərə, taxıl qiymətlərinin artımına səbəb ola bilər”.
Qeyd edək ki, Rusiya altı ay müddətinə - 1 dekabr 2023-cü ildən 31 may 2024-cü ilə qədər Rusiyadan bərk buğdanın ixracına tam qadağa qoyub. Bu buğdadan isə makaron məhsullarının istehsalında istifadə olunur.
Nazirlər Kabinetinin qərarla bağlı məlumatında məqsədin Rusiyada ərzaq təhlükəsizliyi və daxili bazarda taxıl emalı məhsullarının istehlak qiymətlərinn sabitliyini qorumaq olduğu bildirilir.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay