"Ölkədə yenidən vaksinasiya ilə bağlı tədbir görülməlidir" - Professor
“Hazırda "Omicron"un mutasiya variantları davam edir və bu Azərbaycanda da müşahidə olunur".
Bu sözləri Valyuta.az-a professor Adil Qeybulla son günlər artan qrip infeksiyası haqqında danışarkən deyib.
Professor bildirib ki, hər il, hətta pandemiyadan əvvəlki illərdə də payız vaxtı soyuqdəymə xəstəliklərinin xüsusi çəkisi artırdı:
"Bu həm havaların soyuq keçməsi, həm də virusların fəallaşması ilə bağlı olaraq baş verirdi. Koronavirusun 4 növü 1960-cı illərdən başlayaraq insanlarda soyuqdəymə xəstəliyi yaradaraq, həm koronavirus, həm qrip virusu, həm EG formalı qrip virusu kimi yuxarı tənəffüs yollarının resperator xəstəliklər törədir".
Adil Qeybullanın sözlərinə görə, epidimioloji vəziyyəti nəzərə alaraq insanlar müəyyən karantin qaydalarına əməl etməlidir:
"Hazırda xəsətlənən, dünyasını dəyişənlər də var. Lakin sanki indi insanlar bu xəstəliyə bir az dırnaqarası yanaşırlar. Ona görə də təəssüflər olsun ki, xəstəlik özünü göstərir. Hesab edirəm ki, yenidən vaksinasiya və digər tədbirlərlə bağlı müvafiq qurumlar təlimat verməlidir. Amma hər halda insanlar karantin qaydalarına əməl etməlidir. Xüsusən xəsətlənən adamlar özlərini qorumalı və ətrafdakı insanları da yoluxdurmamağa çalışmalıdır”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay