Büdcədən maliyyə yardımı almayan regionlar özlərini necə maliyyələşdirəcək? (ŞƏRH)
"Bir neçə il öncə ölkə başçısı tərəfindən regionların sosial iqtisadi inkişafı ilə bağlı müəyyən proqram təsdiq olunmuşdu. Proqram çərçivəsində əsasən regionların bərabər inkişaf etdirilməsi, mərkəzi büdcədən asılılığın azaldılması istiqamətində müəyyən iqtisadi siyasət həyata keçirilib".
Bu sözləri Valyuta.az-a İqtisadi Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli "dövlət büdcəsindən maliyyə yardımı almayacaq şəhər və rayonlar üçün başqa dəstək proqramı hazırlana bilərmi" sualını şərh edərkən deyib.
İqtisadçı bildirib ki, regionlara sahibkarların cəlb edilməsi, həmçinin yerlərdə fəaliyyət göstərən sahibkarların stimullaşdırlması, kənd təsərrüfatı və rayonların iqtisadi potensialının səmərəli istifadə edilməsində regionlara datasiyanın ayrılmasının tənzimlənməsi siyasəti həyata keçirilir:
"Hesab edirəm ki, hazırda bu istiqamətdə aparılan işlər öz bəhrəsini verməkdədir. Gələcəkdə bölgələrdə sahibkarlığın inkişaf etdirilməsi və kənd təsərrüfatı və fermer təsərrüfatlarının inkişaf etdirilməsi bu sahədə aparılan islahatlara daha əhəmiyyətli və mühim təsirləri olacaq".
Eyyub Kərimli əlavə edib ki, bu gün regionların potensialının formalaşması və onların potensialının yenidən qiymətləndirilməsi də həyata keçirilməlidir:
"Hər regionun öz spesifik iqtisadi xüsusiyyətlərini nəzərə alaraq həmin istiqamətdə inkişaf etdirilməsi, dövlət siyasətinin formalaşdırılması, müəyyən vergi güzəştlərinin və ya stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi vasitəsi ilə regionların iqtisadi potensialının daha da təkmilləşdirilməsi, gücləndirilməsi, inkişaf etdirilməsi imkanları artırıla bilər. Burda kənd təsərrüfatı torpaqlarında yeni məhsulların əkilməsi, həmçinin xidmət sektorlarının əsasən də emal sektorunun inkişaf etdirilməsi, bölgələrin iqtisadi potensialının artılması mühir təsirlər gösətər bilər. Hesab edirəm ki, regionlarda fəaliyyət göstərən sahibkarların stimullaşdırıcı tədbirlər və müəyyən güzəştlərin verilməsi, güzəştli kreditlərin artırılması da bölgələrdə yerli əhalinin rifahının yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi istiqamətində görüləcək ümumi işlər regionların iqtisadi potensialının artırlmasına müsbət təhsirləri ola bilər”.
Qeyd edək ki, ölkənin 66 şəhər və rayondan cəmi 7-sinə dövlət büdcəsindən maliyyə yardımı ayrılacaq. Qalan 59 şəhər və rayon isə özünü maliyələşdirəcək.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay