Ətin qiyməti 20 faiz artıb: Bahalaşmaya səbəb nədir?
Dövlət Statistika Komitəsinin son hesabatına görə, 2022-ci ilin avqustundan indiyədək mal əti 19-20 faiz bahalaşıb. Ötən il kiloqramı 11-13 manata təklif olunan mal ətinin qiyməti bu il 14-16 manat olub.
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Valyuta.az-a açıqlamasında bildirib ki, mal ətinin bahalaşmasının əsas səbəbi ət istehsalının ilbəil azalması ilə bağlıdır:
"Artıq 8 ilə yaxındır ki, ölkədə mal əti üzrə daxili istehsal hər il azalmağa doğru istiqamət götürüb. Onun nəticəsi olaraq da ətin qiymətinin bahaşmasının şahidi oluruq.
Digər ərzaq məhsulları da bahalaşır. Hansı ki, həmin bahalaşma fonunda ət istehsalçıları da müəyyən əlavə xərcə məruz qalırlar. Bu mənada deyərdim ki, ölkədə baş verən ümumi bahalaşma da ətin qiymətinin qalxmasına təsir edir".
İstehsalın azalmasına təsir edən digər amil isə ekspertə görə, Azərbaycanda yem bazasının zəif təmin olunması ilə əlaqədardır:
"Heyvandarlığın yem bazası ilə təmin edilməsi problemlidir. İki il ardıcıl olaraq yoncanın birinci biçinini həşəratlar məhv edir. Hansı ki, bütün mövsüm ərzində yığılan otun 40 faizi məhz birinci biçində olur. Bu səbəbdən də yem bazası çox zəifdir. Geniş ərazilərin pambıq əkinlərinə ayrılması da heyvandarlıq sahələrinin azalmasına gətirib çıxarıb".
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay