Ekspert: "Unun bahalaşması çörəyin qiymətinə təsir etməyəcək"
"Unun daxili bazarda 3-4% qiymətinin bahalaşması çörəyin qiymətinə heç bir təsiri olmayacaq".
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, ötən ilin iyul ayından unun qiyməti ucuzlamağa başlayıb:
"Bu ilin iyun ayında "taxıl sazişi"nin dayanması, Ukrayna taxılının dünya bazarına çıxarılmasında çətinliklər yaşanması, qiymətlərin bahalaşması ilə bağlı gözləntilərini artırsa da, bu reallaşmadı. İyul ayında dünya bazarında buğda qiymətləri 2,6% qalxsa da, avqust-sentyabr aylarında ucuzlaşma oldu. Sentyabr statistikasında buğda qiymətləri 1,6% ucuzlaşıb. Biz biz taxılın 90%-dən çoxunu Rusiyadan idxal edirik. Orada məhsuldarlıq həddən artıq yüksəkdir və sentyabr ayında Rusiyada məhsuldarlığın yüksək olması səbəbindən qiymətlər 1,6% aşağı düşüb".
Xalid Kərimli qeyd edib ki, unun qiyməti artsa da, belə çörəyin qiymətinə təsiri olmayacaq:
"Unun bir il ərzində 30%-dən çox ucuzlaşması var. Çörək qiymətində cüzi ucuzlaşma var. Un istehsal edən şirkətlərin imkanı var ki, bu kiçik artımı öz gəlirləri hesabına kompensasiya etsinlər".
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay