Bu qidaları düzgün qəbul etməmək həyatı təhlükə yaradır - Qida mütəxəssisi xəbərdarlıq etdi
Bazarlarda piştaxtalarda açıq şəkildə satılan çərəzlərə, müxtəlif meyvələrin qurudulmuşuna, qoz-fındığın təmizlənmiş şəkildə satılmasına tez-tez rast gəlirik. Bəzi həkimlər bununla bağlı xəbərdarlıq edib bildirilər ki, belə qidaları yemək insan orqanizmi üçün təhlükəlidir. Bu qidaları yeməzdən əvvəl xüsusi təmizlənmə aparılmalıdır.
Bəs qida mütəxəssisləri bu haqda nə düşünür? Həmin qidalar həqiqətənmi təhlükəlidir? Onları necə istifadə etmək olar ki, insan orqanizminə ziyan vurmasın?
Valyuta.az məsələni qida mütəxəssisi Ağa Salamov ilə müzakirə edib:
Mütəxəssis deyib ki, ilk olaraq bu qidaların sərbəst radikallara açıq olması təhlükə yaradır:
“Açıq şəkildə satılan, yuyulmayan qidalar var, çərəzlər də o qidalara daxildir. Bu qidalar hava-damcı yolu ilə gələn virus və bakteriyaları özünə çəkə bilir, üzərinə hopdurur. Belə qidalar da istehlak olunanda, insan müəyyən xəstəliklərə yoluxa bilər. Məsələn, bir koronavirus xəstəsi gəlib həmin qidaların yanında asqırsa, hava-damcı yolu ilə açıq çərəzlərə bakteriyaalar hopur. Buna görə də çərəzləri evə gətirərkən yumaq lazımdır. Onıarın üzərində qaynar su gəzdirib, yemək məsləhət görülür. Hətta bu çərəzləri alıb, birbaşa ciblərinə töküb istehlak edən şəxslər də var. Onlar əslində qutularda saxlanılmalıdır".
Ağa Salamov bildirib ki, belə çərəzləri yemək həm də kimyəvi zəhərlənmə ilə də nəticələnə bilər:
“Çərəzələrdə küflənmə olur ki, bunun nəticəsində də kimyəvi zəhərlənmə baş verə bilər. Bu, nisbi rütubətliyi nəzərə alınmayıb, saxlanma şəraiti düzgün olmayan çərəzlərdə olur. Marketlərdə nəmişlikdə, çöldə günəş şüası altında saxlanılan çərəzlər kimyəvi zəhərlənməyə səbəb ola bilər”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay