\"Güzəştə getmək olmaz, lazım gəlsə, cəriməni artırmaq olar\" - Ekspert
“Prosesə nəzarəti gücləndirmək, heç bir halda güzəştə getməmək, lazım gələrsə cərimə məbləğini artırmağa ehtiyac vardır”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov müştərilərin Azərbaycanda alış-veriş və ya nahar edərkən ödənişi nağdsız etmək istəyinin əksər hallarda nəzərə alınmamasına münasibət bildirərkən deyib:
“Dövlət nağdsız ödənişləri stimullaşdırmaq üçün bir sıra ciddi addımlar atır. Buna “ƏDV geri al” layihəsi üzrə nağdsız ödənişlər zamanı geri dönüşü olan ƏDV məbləğlərinin nağdsız ödənişlə nağd ödəniş arasında olan ciddi fərqin olmasında görürük. Amma təəssüf xidmət və ya məhsul təqdim edən təsərrüfat subyektləri pos-terminallardan istifadədə maraqlı deyillər. Buna nəinki regionlarda, hətta paytaxtda belə böyük həcmdə rast gəlirik. Onlar bu zaman guya posterminalın təmirə göndərildiyini bəhanə gətirirlər. Belə yanaşma hələ də davam edir. Prosesə nəzarəti gücləndirmək, birmənalı olaraq heç bir halda güzəştə getməmək, lazım gəlsə, cərimə məbləğini artırmağa ehtiyac var. Bu halları görmək üçün xüsusi araşdırmalara da ehtiyac yoxdur. Əksər yerlərdə belə problemlər var və onunla hər an qarışırıq. Belə yerlərdə posterminallardan istifadə etməmək fəaliyyətin şəffaflaşdırılmasında maraqlı olmaq deməkdir”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay