Bir saatlıq konsultasiya üçün 1000 manat? - "Belə elanları araşdırmaq lazımdır"
"Bu artıq ağını çıxarmaqdır. Psixoloqun bu hərəkətini düzgün qiymətləndirmirəm”.
Bunu Valyuta.az-a açıqlamasında psixoloq Murad İsayev sosial şəbəkələrdə psixoloqun 1 saatlıq konsultasiya üçün 300-1000 manat arasında məbləğ tələb etməsindən danışarkən deyib. O, bu şəxsin psixoloq olmasına şübhə etdiyini vurğulayıb:
“Çox təəssüf ki, bu gün öz işini görən, əsl mütəxəssislərin belə elan yazmağa vaxtı olmur. İkincisi də reklam olunan hər kəs dövlətə vergi verməlidir. Hər kim olursa-olsun, özünü təqdim etməlidir. Ad, ünvan göstərilməsi işin rəsmiyyətindən xəbər verir”.
Murad İsayev hesab edir ki, bu gün internetdə, sosial şəbəkələrdə insanları aldadan psixoloq, parapsixoloqlar üstünlük təşkil edir:
“Onların əlindən camaat artıq bezib. Bu da həmin metodlardan biridir. Bəzən elə olur ki, hətta müraciət edən şəxslərin ailə vəziyyətini nəzərə alaraq ödəməni paket şəkilində edirik. Qiymətlər aya və günə görə dəyişmir, belə bir şey yoxdur. Hərbçilər, əsgərlər, şəhid ailələri üçün ödənişsiz edirik, yəni bunlar kampaniyalardır. Amma belə elanları araşdırmaq lazımdır. Bilmədiyiniz adamların yanına gedib onlara informasiyalarınızı, daxili ailə sirlərini deməyin. Bunlar anonim olaraq qalmalıdır. Əslində heç iki bacının sirrini bir-birinə demək olmaz”.
Qeyd edək ki, sosial şəbəkələrdə psixoloq elanı yayılıb. Ay və günə görə qiyməti dəyişən elan böyük müzakirəyə səbəb olub.
Psixoloq yazır ki, sentyabr ayına kimi müraciət edən 300, sentyabrdan sonra müraciət edənlər 500, yanvar ayının 1-dən sonra müraciət edənlər bir saat konsultasiya üçün 1000 manat ödəmə etməlidir.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay