BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
31402

Bir çox hallarda müəyyən seminarlar, təlimdə iştirakdan öncə çox adam sertifikat verilib-verilməyəcəyini maraqlanır. Bunu soruşmaqda məqsəd CV-yə əlavə etməkdir. Bu gün istəklərdən dolayı sertifikat verilməsi halı da çoxdur. Belə  bir sual yaranır ki, bu sertifikatlar həqiqətən də bizə işə qəbul zamanı faydalı olacaq?


UNEC-in müəllimi, “Mazarina Trade Company”də İnsan Resursları şöbəsinin direktoru Saleh Həsənov deyir ki, sertifikat sayı yox, şəxsin həmin seminar və təlimlərdə nə qazandığı önəmlidir: “Təbii ki, namizədin təlim, seminar və konfranslarda iştirak etməsi, sertifikatları onun aktivliyinin, işə olan marağının göstəricisidir. Lakin sertifikat sayı işə götürmək üçün əsas deyil. Burada həlledici məqam həmin təlimlərdən nə öyrəndiyi və həmin təlimlərdən sonra həyatında nə kimi dəyişikliklər etdiyidir. Əks halda aldığı sertifikatlar sadəcə kağız parçasından başqa bir şey deyil”.


Saleh Həsənovun sözlərinə görə, insan resursları mütəxəssisləri şəxsin həmin təlimlərdən yeni nə isə öyrəndiyini və ya həyatında tətbiq edə bildiyini özünəməxsus üsulla yoxlayırlar: “Müxtəlif, test və situasiya tipli suallarla, müəyyən testlərlə bunu müəyyənləşdirirlər. Məsələn, müsahibəyə gecikən birinin vaxtın idarə olunmasından məlumatlı olması və təlimlərdə nə isə öyrəndiyi şübhə altındadır, yaxud müxtəlif çarpaz suallarla bunu müəyyən etmək mümkündür”.


Saleh Həsənov əlavə etdi ki, sırf sertifikat olsun deyə sertifikat almağın mənası yoxdur: “Marağın olduğu, ixtisaslaşmaq istədiyin sahə üzrə sertifikatlarının daha çox olmasının işə qəbulda kömək etməsi mümkündür. Sadəcə, müxtəlif sahələr üzrə kəmiyyət baxımından sertifikatın çox olması bir məna daşımır. Ola bilər ki, netvörkinq qurmaq, ünsiyyət qabiliyyətini yaxşılaşdırmaq, şəxsi inkişaf üçün kömək edir. Sırf işə qəbulda baxılan sertifikatlar əsasən işində lazım olan yönlə bağlı olur”.


Qarakişi Vəlizadə
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin