"GMO-nun zərərli olduğunu təsdiq edən hər hansı bir fakt yoxdur" - Ekspert
“GMO elmi vaxtında inkişaf etməsəydi, indi dünyada qlobal ərzaq böhranı baş verə bilərdi”.
Bunu Valyuta.az-a açıqlamasında kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov geni modifikasiya olunmuş məhsulların insan orqanizminə ziyan, yoxsa faydalı olduğu barədə danışarkən deyib:
“Bu elm keçən əsrin 70-ci illərindən inkişaf etməyə başlayıb. GMO məhsullarının insan orqanizmi üçün təhlükəli olduğu barədə irəli sürülən iddiaların hamısı artıq puç olub. GMO-nun zərərli olduğunu təsdiq edən hər hansı bir fakt yoxdur. Modifikasiya təbiətdə də var. Bir də var proses institutlarda nəzarət altında həyata keçirilir. İnkişaf etmiş ölkələr, ABŞ, Kanada, İsrail, Yaponiya, isveçrə və digərləri genetik modifikasiya yolu ilə heyvandarlıq, balıqçılıq və bitkiçilikdə yeni məhsullar əldə edirlər. İndiki şəraitdə məhz modifikasiya yolu ilə sahəni inkişaf etdirmək daha məqbul hesab edilir. Çünki modifikasiya yolu ilə daha təmiz məhsul əldə olunur, keyfiyyəti, məhsuldarlığı yüksək olur, həm də stress amillərə dözümlü yeni sortlar yaratmaq mümkün olur”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay