"15-20 il vəzifədə olan insanlar işdən ayrılanda psixoloji problemləri yarana bilər" - Psixoloq
"15-20 il vəzifədə olan insanların birdən-birə kürsüsündən ayrılması həmin şəxslərdə psixoloji problemlər yarada bilər".
Bunu Valyuta.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib. Onun sözlərinə görə, sosial mühitin dəyişməsi zamanla bütün insanlarda öz təsirini göstərir:
“Söhbət icra başçısı, deputat, nazirdən getmir, bu proses adi boşanmadan tutmuş iki dostun müəyyən vaxtdan sonra münasibətlərinin kəsilməsi zamanı da baş verə bilir. Vəzifədə olan insanların məsuliyyəti digərlərindən çoxdur, bundan əlavə vəzifədə olan insanların imkanları da genişdir. Vəzifəli şəxslərin vəzifələrini itirən zaman yeni mühitə keçid prosesi onların hər biri üçün çətin olur”.
Psixoloq hesab edir ki, vəzifədən çıxan insanların yeni mühitə uyğunlaşması çətin olur:
“Bu insan 15-20 il hansısa bir vəzifədə işləyib, standart qrafiki var və 20 il həmin qrafiklə gedib-gəlib. Artıq vəzifə yoxdur, onun həyat tərzi dəyişməyə başlayır. İnsanların səhhətində problem həmin insanların həyat tərzinin dəyişməsində yaranır. O şəxs artıq işə getmək məcburiyyəti hiss etmir. Bunu hiss etmədiyindən həmin insanlarda depressiya, özünə qapanma halları daha çox olur. Şübhəsiz ki, onlara əvvəlki diqqət və tələb də olmur, bütün bunlar onların psixoloji durumuna təsir göstərir”.
Elnur Rüstəmov deyir ki, depressiya vəzifədən çıxan bütün insanlarda yaranmır:
“Rejimlə çalışan insanlar işdən çıxma prosesini ağır keçirir. Passiv həyat tərzi narahatlıqlar yaradır, bu da nəticədə depressiyaya aparır”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay