1 kiloqramı 1 manatdan baha satılan soğan - Ekspert səbəbləri açıqladı
Bu gün Azərbaycanda qiyməti baha olan kənd təsərrüfatı məhsullarından biri də soğandır. Xüsusi ilə mart aynda soğanın qiyməti bahalaşır. Hazırda topdansatış bazarlarında soğanın 1 kq-nın qiyməti 1 manat-1.25 manat arası dəyişir. Bəs bu qiymət artımının səbəbi nədir?
Kommersant.az xəbər verir ki, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bu kimi məhsulları istehsal etməklə bərabər həm də saxlamaq lazım olduğunu bildirib:
“Sizə bir fakt deyim, Azərbaycan dünyada ən çox soğan istehsal edən ölkədir. Dünyada adambaşına 13 kq soğan, Azərbaycanda isə 28 kq soğan istehsal olunur. Bu da iki dəfədən çox istehsal deməkdir”.
Bəs niyə soğanın qiyməti bahadır, sualına cavab olaraq ekspertimiz bildirib ki, çünki onu istehsal etməklə bərabər həm də saxlamaq lazımdır:
“Fermerlər bu soğanı əkməkdə maraqlı olmalıdır. Onlar bilməlidir ki, məhsul toplanandan sonra onu saxlaya biləcək yerlər və çıxara biləcəkləri bazar olacaq. Qışda tələbat olduqca bazara çıxarılmalıdır. Bizdə saxlanma şəraiti olmadığı üçün istehsal olunan soğanın bir hissədən çoxu xarab olur”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay