Un ucuzlaşdı: Çörək də ucuzlaşacaqmı?
"Unun qiyməti ucuzlaşanda dərhal çörəyin də qiyməti aşağı enməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov unun qiymətinin ucuzlaşmasından danışarkən deyib. Onun sözlərinə görə, dünya bazarında bütün məhsulların, malların qiyməti ucuzlaşan kimi digər ölkələrdə də qiymətlər aşağı enir:
"BMT-in FAO təşkilatı məlumat yayıb ki, son 6 ayda dünya bazarında buğdanın qiyməti enməkdə davam edir. Amma bizdə hələ bu günlərdə unun qiymətini cüzi ucuzlaşdırıblar. Unun qiyməti ucuzlaşan kimi bu çörəyin qiymətinə təsir etməlidir. Necə olur ki, dünyada buğdanın qiyməti ucuzlaşan kimi dərhal unun, çörəyin qiyməti də ucuzlaşır, amma Azərbaycanda çörəyin qiyməti hələ ucuzlaşmayıb”.
Qeyd edək ki, Azərbaycanda unun pərakəndə satış qiyməti ucuzlaşıb. Kisəsi 41-42 manata olan 50 kiloluq unun qiyməti 38 manata endirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay