BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
11884

2021-ci ilin birinci rübünün yekunlarında bank sektorunun bir sıra aparıcı göstəricilərində neqativ dəyişmə qeydə alınıb. Bu ilin ilk rübündə problemli kreditlərin həcmində artımlar davam edib. 

Valyuta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Mərkəzi Bankın məlumatlarına istinadən edən ekspertin sözlərinə görə, vaxtı keçmiş kreditlərin həcmi ötən ilin son ayında 893,1 milyon manat idisə bu göstərici bu ilin yanvarında 900,4 milyon, fevralda 917,5 milyon və nəhayət mart ayının yekunlarında 918,2 milyon manata çatıb: 

“Bu o deməkdir ki, bir rüb ərzində bank sektorunda problemli kreditlərin həcmi 25 milyon manatdan çox artıb. Bu müddətdə depozitlərdə də azalma müşahidə edilib. Mərkəzi Bankın məlumatına görə, fiziki şəxslərin əmanətləri bu ilin mart ayında əvvəlki aya nisbətən 232 milyon manat azalıb. Belə ki, fevral ayında vətəndaşların banklardakı əmanətləri 8 milyard 379 milyon manat olsa da bir ay sonra bu göstərici 8 milyard 147 milyon manata düşüb”.

Deputat, Mərkəzi Bankın beynəlxalq ehtiyatlarının da bu ilin mart ayında əvvəlki aya nisbətən azaldığını qeyd edib: 

“Belə ki, bu il fevral ayında 6 milyard 367 milyon dollar olan ehtiyatlar azalaraq 6 milyard 356 milyon dollar düşüb. Bu o deməkdir ki, Mərkəzi Bankın beynəlxalq ehtiyatları mart ayında əvvəlki aya nisbətən11 milyon dollar azalıb. Rəsmi göstəricilər təsdiq edir ki, bank sektorunda islahatların dərinləşdirilməsinə ehtiyac var. Mərkəzi Bank bank sektorunda rəqabəti gücləndirməklə kredit fazilərinin azalmasına, depozit və kredit siyasətləri arasındakı mütənasibliyin möhkəmləndirilməsinə nail ola bilər. Bu passiv vəsaitlərin banklara cəlb edilməsi və kredit şərtlərinin yumşalmasına gətirib çıxara bilər. Eyni zamanda, valyuta bazarının liberallaşdırılması istiqamətində də tədbirlərin genişləndirilməsinə ehtiyac var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Müştəriləri itirmədən qiymət artımının 10 qaydası - SƏHƏR OXUSU

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Bitkoin"in 100.000 dollara çatmamış dayanan rallisi - "Cantor" müzakirələri

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin