C.Koreyadan iqlim texnologiyalarına 2,7 trilyonluq sərmayə
Cənubi Koreya hökuməti iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş texnologiyaların inkişafına 2024-cü ildə 2,7 trilyon won (təxminən 1,9 milyard ABŞ dolları) sərmayə yatırmağı planlaşdırır.
Valyuta.Az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə bazar günü ölkənin "Elm və İKT Nazirliyi" məlumat verib.
Nazirliyin verdiyi məlumata əsasən, bu məbləğ cari ilin büdcəsi olan 2,6 trilyon wondan 3,9 % daha çoxdur.
Hökumətin bu addımı, 2032-ci ilə qədər qlobal istiləşmə ilə mübarizə məqsədilə elm və texnologiyaların inkişafına dair 10 illik strategiya çərçivəsində atılır.
Cənubi Koreya 2018-ci il səviyyələrinə nisbətən 2030-cu ilə qədər istixana qazı emissiyalarını 40 % azaltmağı və 2050-ci ilə qədər karbon neytrallığına nail olmağı hədəfləyir.
Gələn il üçün nəzərdə tutulan büdcə, yeni nəsil günəş batareyaları və iri miqyaslı üzən külək elektrik stansiyaları kimi bərpa olunan enerji mənbələri ilə bağlı əsas texnologiyaların inkişafına yönəldiləcək. Bununla yanaşı, növbəti nəsil nüvə enerjisi və hidrogen enerjisi kimi karbon neytrallığı texnologiyalarının tədqiqatları da dəstəklənəcək.
Hökumət iqlim dəyişikliyinin meşə və dəniz ərazilərinə, ümumilikdə ekosistemə təsirlərini analiz etməklə yanaşı, ərzaq istehsalının davamlılığını təmin etmək üçün tədbirlər hazırlamaq üzərində də çalışır.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay