Son 5 ildə suvarma sistemlərinin qurulmasına ayrılan subsidiyanın məbləği açıqlanıb
Ölkəmizdə intensiv kənd təsərrüfatının inkişafı üçün dövlət dəstəyi mövcuddur. Bildirim ki, müasir suvarma sistemlərinin tətbiqini stimullaşdırmaq üçün müxtəlif güzəştlər və subsidiyalar tətbiq olunur. Son 5 ildə 38,2 min hektar ərazidə suvarma sistemlərinin qurulmasına 93,3 milyon manat subsidiya ayrılıb.
Valyuta.az xəbər verir ki, bunu "Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri" adlı tədbirdə Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib.
O qeyd edib ki, fermerlərlə sıx əməkdaşlıq etmək və onların iqlimə davamlı yanaşmaları mənimsəmələrinə dəstək vermək isə bu prosesi sürətləndirə bilər.
"Fermerlərin su ehtiyatlarını səmərəli istifadə etmələri və iqlim dəyişikliklərinə uyğunlaşmaları, sektorun davamlı inkişafı üçün həlledici addımlardır. Bu istiqamətdə fəaliyyətlər, COP29 zamanı, noyabrın 19-da keçiriləcək Ərzaq, Kənd Təsərrüfatı və Su Günündə təqdim ediləcək "Harmoniya Təşəbbüsü"nün əsas hədəflərindən biridir. Bu təşəbbüs, kənd təsərrüfatı icmalarına və fermerlərə müasir su idarəetmə sistemləri və iqlimə davamlı yanaşmaları tətbiq etmək üçün lazımi dəstəyi təmin etməyi qarşısına məqsəd qoyur",- deyə İ.Qədimova qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay