BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
53411

“Xəzərin səviyyə dəyişmələri bizi ən çox narahat edən məsələdir. Səviyyənin kəskin aşağı düşməsi Xəzrin ən böyük problemidir. Digər problemlər də bilavasitə bununla əlaqədardır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib.

O bildirib ki, Xəzər dənizinin səviyyə dəyişmələrində Volqa çayının rolu böyükdür. Buna görə də Volqa çayının axını ilə Xəzər dənizinin səviyyəsi arasında əlaqənin öyrənilməsi böyük əhəmiyyət kəsb edir:

“Volqa çayı dünyanın ən böyük çaylarından biridir və Avropanın ən böyük çayıdır, Volqa çayının əsas mənbəyi qar əriməsi və onun hövzəsinə düşən yağıntılardır. Volqa çayı dünyanın ən böyük daxili su hövzəsinə - Xəzər dənizinə axır”.

Alimin sözlərinə görə, son vaxtlar Volqa çayının hövzəsinə düşən yağıntıların miqdarı bir o qədər dəyişməsə də, onun Xəzərə gətirdiyi su axımı azalıb. Bu da bilavasitə antropogen amillər və iqlim dəyişmələri ilə bağlıdır.

“Məlum olduğu kimi, Volqa çayının axınına onun hövzəsinə düşən yağıntıların, yerin və çayın səthdən buxarlanması, həmçinin tikilmiş su anbarları, temperatur və rütubət, habelə antropogen amillər təsir göstərir. Öz növbəsində, Volqa çayı səthindən buxarlanma və səthinə düşən yağıntılarla birlikdə, Xəzər dənizinin səviyyəsinə təsir edən əsas amillərdən biridir.

Beləliklə, iqlimin istiləşməsi səbəbindən 1977-2020-ci illər üçün Volqa çayının axınının itkisi 492,2 km3 təşkil edib. Bu su həcmini Xəzər dənizinin sahəsinə (371 000 km2) bölsək, 132,7 sm (və ya 1,33 m) əldə edə bilərik ki, bu da iqlimin istiləşməsinin Volqa çayına təsiri nəticəsində Xəzər dənizinin itirdiyi su qatını göstərir”, - o vurğulayıb.

Səid Səfərov qeyd edib ki, son 30 il ərzində Rusiya ərazisində Volqa çayından hər il 25-30 km3 su götürülür. Bu da hər il səviyyənin 8-9 sm aşağı düşməsinə ekvivalentdir:

“Xəzərin səviyyəsinin aşağı düşməsini Volqanın gətirdiyi axım ilə müqayisə etsək, görmək olar ki, Xəzərin səviyyəsinin düşməsi, hətta Volqa çayının gətirdiyi axımın azalmasını da üstələyib. Buradan da görünür ki, başqa amillər də var. Bu amillərin sırasına buxarlanmanı aid edə bilərik. Buxarlanma isə külək rejiminin həm sürətinin, həm də istiqamətinin dəyişməsi ilə əlaqədardır. Burada bilavasitə Xəzərin akvatoriyası üzərində olan küləkdən söhbət gedir”.

Son olaraq coğrafiyaçı alim əlavə edib ki, 2005-ci ildən başlayaraq, suyun səviyyəsi nisbətən yüksək olan illərdə belə, dəniz səviyyəsi sürətlə aşağı düşməyə başlayıb: “Müqayisəli təhlili göstərir ki, son illərdə dəniz səviyyəsinin kəskin azalması buxarlanmanın kəskin artması ilə əlaqədardır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin