Ekologiya
02.08.2024 / 10:00
Bəzi yerlərə leysan yağıb, ən yüksək temperatur 36 dərəcə olub - FAKTİKİ HAVA
52900
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Valyuta.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, avqustun 2-si saat 9:00-a olan məlumata görə, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub.
Bildirilib ki, düşən yağıntının miqdarı: Sarıbaşda (Qax) 29 mm, Zaqatala 4 mm, Gədəbəy, Ceyrançöl, Balakən, Şəkidə 2 mm, Qusar, Qrızda 1 mm-dək olub.
Sarı xəbərdarlığa uyğun olaraq, şimal-şərq küləyi arabir Culfada 21 m/s, Şahdağda 20 m/s-yə çatıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-32, Naxçıvan MR-da 33-36, Aran rayonlarında 31-36, dağlıq rayonlarda isə 19-22 dərəcə isti olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay