BAKU Azərbaycan
24.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8179
  • 1 Rusiya rublu
    0.0193
  • 1 Türkiyə lirəsi
    0.0518
  • 1 İngiltərə funt sterlinqi
    2.1482
50360

2024-cü ilin iyun ayının ötən dövrü ərzində ölkə ərazisində orta aylıq temperatur iqlim normasından 4.8 dərəcə yüksək olub.

Valyuta.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, havanın maksimal temperaturu iyun ayının bəzi günlərində Bakıda və Abşeron yarımadasında 38, Naxçıvan MR-da və Aran rayonlarında 40 dərəcəyədək yüksəlib.

“İyun ayında havanın temperaturunun normadan yüksək olduğuna baxmayaraq çoxillik məlumatlarla müqayisədə rekord göstərici yenilənməyib. Belə ki, çoxillik müşahidə məlumatlarına əsasən ölkə ərazisində ən isti hava 2021-ci ilin iyun ayında qeydə alınıb və havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41, bölgələrdə isə 43 dərəcəyədək isti olub”.

N.Mahmudovun sözlərinə görə, iyun ayının ötən dövrü ərzində ölkə ərazisində isti hava şəraiti ilə bərabər xüsusilə dağlıq və dağətəyi rayonlarda hava qeyri-sabit keçib, şimşək çaxıb, yağıntılar qısamüddətli, arabir leysan xarakterli intensiv olub, dolu düşüb.

“İyun ayının ötən dövründə dağlıq və dağətəyi rayonlarda 15 gün, Mərkəzi Aran rayonlarında isə 11 gün hava yağıntılı keçib, düşən yağıntının miqdarı əksər bölgələrdə normadan çox olub. Ən çox yağıntı Böyük-Qafqaz və Mərkəzi Aran zonasında qeydə alınıb”.

Xidmət rəisi bildirib ki, 1-19 iyun tarixlərində ölkənin ayrı-ayrı bölgələrində 44 dəfə dolu hadisəsi qeydə alınıb.

“İyun ayının ötən dövrü ərzində ölkə ərazisində küləkli günlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə çox olub, küləyin maksimal sürəti arabir 34 m/s-dək güclənib. Gözlənilən küləkli hava şəraiti ilə bağlı öncədən əhaliyə və aidiyyəti qurumlara sarı və narıncı xəbərdarlıqlar verilib”.

N.Mahmudovun sözlərinə görə, yaxın günlərdə də qeyri-sabit hava şəraitinin davam edəcəyi, iyunun 23-ü gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir, ayrı-ayrı bölgələrdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

IKEA Ukraynaya qayıdır

Səhiyyənin Təminatı Mərkəzi bu şirkətdən 5 milyonluq dərman alır

Meloni Aİ-nin qaz və dizellə işləyən avtomobillərə qadağasını pislədi

"Samsung" zoom obyektivləri üçün unikal mobil kamera hazırlayıb

İşdə həddindən artıq yorulan robot məmur pilləkənlərdən yıxıldı

Aİ Rusiya şirkətlərinin aktivlərinə həbs qoyulması mexanizmini tətbiq etdi

Rasim Hənifəyevin şirkətinin yarım milyondan çox borcu var

"Seçkilərdən sonra ABŞ iqtisadiyyatı və dünya çətinliklərlə üzləşəcək" - Amerikalı investor

"İrşad Electronics" məhkəməyə verilib

Bakı Fransız Liseyi ləğv olunub

Çinin Marsdan nümunələr toplamaq missiyasına nə vaxt başlayacaq?

"Qazprom" niyə İran bazarına çıxmaq istəyir?

Şirkətlə keçmiş işçisi arasında qalmaqal

Maliyyə Nazirliyinə qarşı məhkəmə iddiası

Ötən il yaradılan "Mərdəkan Tibb Mərkəzi" ləğv edilib

Analitiklər “Qazprom”un niyə İran bazarına çıxmaq istədiyini izah etdilər

"Enerjiservistikintitəmirsazlama" məhkəmə qarşısında

Sertifikatlaşdırmada ibtidai sinif müəllimlərinin yüksək nəticə göstərdiyi rayon və şəhərlər açıqlandı (SİYAHI)

Dağlıq və dağətəyi rayonlara leysan yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək

Bağça müəllimləri də sertifikasiyadan keçəcək - RƏSMİ

Məşhur şirkət yüksək məbləğdə cərimələnə bilər

Azərbaycanda tibb və əczaçılıq elmləri üzrə nə qədər tədqiqatçı var?

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

Ölkə üzrə yanğın təhlükəsi ən çox bu bölgələrdədir

“Kənddən Şəhərə” həftəsonu yarmarkası fəaliyyət göstərəcək

“Bu müəllimlər 1300 manata yaxın maaş alacaq”

Aristokrat Tibb Mərkəzi ilə vətəndaş arasında borc qalmaqalı

Nazir: Astarada hər üç müəllimdən biri ilə sağollaşmalı olacağıq

SOCAR 2023-cü ilin maliyyə göstəricilərini açıqlayıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin