Ekologiya
23.03.2022 / 15:00
Yağıntılar Kürdə sululuğu artırıb (FOTOLAR)
20801
Mart ayının ikinci ongünlüyündə yağan yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb.
Valyuta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev məlumat verib.
"Son günlər yağan yağıntılar Kür çayında sululuğun artmasına və nəticədə duzluluğun azalmasına səbəb olub" - deyə direktor qeyd edib.
A.Verdiyev bildirib ki, Kürün aşağı axınında aparılan monitorinqlərin nəticələrinə görə, dünən olduğu kimi, bu gün də duzluluq norma daxilindədir:
"Bu da Kürdən keçən su həcminin xeyli artması ilə bağlıdır".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay